Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores UNEC-də olub.
Rektor, professor Ədalət Muradovla görüşdə UNEC-in xarici universitetlərlə əməkdaşlığından, o cümlədən ikili diplom, mübadilə proqramlarından bəhs olunub. UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirən rektor, Meksikanın aparıcı universitetləri ilə birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi, MBA proqramı və digər istiqamətlərdə əməkdaşlıq etməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb. Rektor UNEC Ekstern Mərkəzinin yaradıldığına diqqət çəkərək, meksikalı tələbələrin burada təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən R.Lobardini iki ölkə arasındakı hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Səfir Azərbaycan və Meksika arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Diplomat UNEC-də tələbələrə Meksika mövzusunda seminar keçəcəyini bildirib və onlar üçün səfirlikdə istehsalat təcrübəsinin təşkil olunacağını qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə UNEC-lə Meksikanın aparıcı universitetləri arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.

UNEC-in Mətbuat Xidməti