ADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirində

ADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirində Avropa Azərbaycan Məktəbinin 2016/2017-ci dərs ilinə aid illik planlaşdırılmasında nəzərdə tutulan “Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist Azad Şükürovun və Dram rejissoru kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Məleykə Alı qızının məktəblilər ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını inkişaf etdirmək üçün mütaliə, ifadəli oxu və aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunublar. Əməkdar artist Azad Şükürov “Yetim segah”ın sədaları altında dilimizə məhəbbət və vətənpərvərlik ruhunda şeir söyləyib. Bədii qiraət ustası Məleykə Alı qızının Ana dilimizə məhəbbət aşılayan çıxışı, tövsiyyələri və ifaçılıq mədəniyyəti tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Şagirdlərin natiqlik məharəti, nitq mədəniyyəti və aktyor sənəti haqqında suallarına qonaqlar tərəfindən əhatəli və səmimi cavablar verilib.
Tədbirə Avropa Azərbaycan Məktəbinin Kadrlar və İR üzrə direktoru Amalya Sezgin təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün qonaqlara təşəkkürünü bildirib.

ADMİU-nun Mətbuat Xidməti


ADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirindəADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirindəADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirindəADMİU professor-müəllim heyəti AAM-in “Beynəlxalq Ana Dili Günü” adlı tədbirində

Oxşar xəbərlər