GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUB Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
Konfransda Gəncə Dövlət Universitetini ali təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev təmsil edib.
Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Fikrət Rzayev qeyd edib ki, 20 min nəfərə yaxın tələbə-müəllim heyətinə malik universitet ölkənin müəllim yetişdirən əsas təhsil ocağıdır.
Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yenilikləri diqqətə çatdıraraq deyib ki, bu il universitetə daxil olan tələbələrin 556 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu, müəllimlik peşəsinin nüfuzunun artmasının və ölkədə təhsil sahəsində aparılan islahatların nəticəsidir.
Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.
Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub.
Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam edib.
Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna.az” saytının rəhbəri Elçin Şıxlı, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, təhsil eksperti Etibar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil-media əlaqələrinin daha da gücləndirilməsi barədə fikirlərini bölüşüblər. Bildiriblər ki, belə təlim-konfranslar Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələrinin açıqlığına daha bir sübutdur. Çıxış edənlər ali məktəblərin piar işinin daha da təkmilləşdirilməsi, növbəti təlim-konfransların kollec və orta məktəblərdə təşkil edilməsinə dair təkliflər irəli sürüblər.
Tədbirdə həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib.

GDU-nun Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUBGƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA KEÇİRİLƏN TƏLİM-KONFRANSDA TƏMSİL OLUNUB

Oxşar xəbərlər