100-dən çox şagirdi əhatə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində “Bakı Məktəblərarası Debat Forumu: 2018” həyata keçirilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin orta təhsil müəssisələrinin şagirdlərinin iştirak etdiyi forum “Atom Elektrik Stansiyaları məhdudlaşdırılmalıdır” mövzusu ətrafında reallaşacaqdır. Forumda məktəblər və liseylərdən ümumilikdə 24 komanda iştirak edir.
Forumun qrup, pley-off və final mərhələlərinə hazırlıq məqsədi ilə iştirakçı olan orta təhsil müəssisələrinin şagirdləri Milli Debat Proqramının TOT təlimlərini uğurla və yüksək nəticə ilə başa vurmuş təlimçiləri tərəfindən keçirilən təlimlərdə iştirak edir. Bundan əlavə komandalar hazırlıq məqsədi ilə keçirilən şou-debatlarda da iştirak etmişdir.
Məlumat üçün bildirək ki, forumun qrup mərhələləri 22-23 Dekabr, final mərhələsi isə tarixində Bakı şəhəri 6 nömrəli məktəb-liseydə baş tutacaqdır.
Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.
Sahib A. Gülməmmədov
Mətbuat xidməti