Debat klublarının rəhbərləri üçün təlimlərə start verilib

Debat klublarının rəhbərləri üçün təlimlərə start verilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə reallaşdırdığı “Məktəblilərin təhsil müzakirələri” layihəsi çərçivəsində debat klublarının rəhbərləri üçün təlimlərə start verilib.
BŞTİ-dən tehsil-press.az-a bildiriblər ki, təlimlər klub rəhbərlərinin maarifləndirilməsi və düzgün debat ideologiyasının məktəblərdə təbliği məqsədi daşıyır. Təlimlər üç mərhələdən ibarət olacaq.
Martın 10-dək davam edəcək təlimlərdə Milli Debat Proqramının rəhbəri tərəfindən klub rəhbərlərinə layihənin formatı izah ediləcək və zəruri informasiyalar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər