Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın dinamik inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə artdığını qeyd edən rektor qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirib.
Akademik A.Məhərrəmov milli birliyin, milli həmrəyliyin əhəmiyyətini vurğulayıb, dünyanın ayrı-ayrı ölkələrində diasporumuzun fəaliyyətinin genişləndiyini söyləyib.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolunu xatırladan rektor bu il BDU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan nailiyyətlərdən danışıb, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə BDU-nun professoru Nuru Məmmədovun “Həmrəyliyə gedən yollar” mövzusunda məruzəsi dinlənilib.
Sonda maraqlı konsert proqramı nümayiş etdirilib.

Hikmət Əliyev