Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb. Artıq klinikaya yeni direktor da təyin edilib.
Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.
Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya isə bu məbləğlə razılaşmayıb.
Bundan əlavə isə klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən vergidən yayınma halları ilə gəlib. Görünür belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.
Günel Türksoy