AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb Oktyabrın 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair niyyət sazişi imzalanıb.
Tehsil-press.az xəbər verir ki, əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. Sənədi YTP-in direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və AzTU-nun rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov imzalayıblar.

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb
AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb

Oxşar xəbərlər