Səfir: Azərbaycanla Belarus arasında birgə müəssisələrin yaradılması vacibdir

Səfir: Azərbaycanla Belarus arasında birgə müəssisələrin yaradılması vacibdir Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus Milli Məclisinin Respublika Şurasının (parlamentin yuxarı palatası) sədri Mixail Myasnikoviç ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycanla Belarus arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
M.Myasnikoviç ölkələrimiz arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dinamikasını yüksək qiymətləndirərək, Belarusda Azərbaycan biznesi üçün səmərəli şərtlərin olduğunu və artıq uğurlu investisiya layihələrinin həyata keçirildiyini vurğulayıb.
Səfir investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycan ilə Belarus arasında müxtəlif sahələr üzrə birgə müəssisələrin yaradılmasının vacib olduğunu bildirib. O, Sumqayıt Texnoloji Parkı və Sumqayıt Kimya Sənaye Parkı ilə “Velikiy kamen” Belarus-Çin Sənaye Parkı arasında əməkdaşlığa dair sənədin hazırlanaraq imzalanmasını təklif edib. Bildirilib ki, bu da öz növbəsində birgə son məhsul istehsalı zamanı əmək bölgüsü imkanlarından istifadə edərək ölkələrimizin mövcud istehsal gücündən səmərəli istifadə etməyə imkan yarada bilər.
Daha sonra səfir iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətə görə M.Myasnikoviçə Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və 25 illiyə həsr olunmuş Səfirlik tərəfindən nəşr olunmuş kitabı təqdim edilib.
L.Qəndilov həmçinin 28 yanvar 2019-cu il tarixində Belarus Baş nazirinin müavini, Belarusla Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mixail Rusı ilə görüşüb. Görüş zamanı Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məqsədi ilə Minsk şəhərində Belarusun alman-faşist işğalından azad olunmasında iştirak etmiş 8 nəfər Sovet İttifaqı Qəhrəmanlarının şərəfinə “Azərbaycan Qəhrəmanları” parkının salınması və ölkələrimiz arasında ticarət iqtisadi əməkdaşlıq, cümlədən Azərbaycan investorlarının Belarusda fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər