
Bu sözləri açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
“İndiki halda qiymət artımından danışmaq tezdir. Hazırda da bəzi günlərdə taksiyə tələbat artan kimi şirkətlər müəyyən qiymət artımına gedirlər. Bu da bazarda tənzimlənmənin olması ilə bağlıdır. Bu formada yanaşırlar ki, təlabat artdıqca qiymət dəyişir.
Ona görə də, zənnimcə, taksi sayına limit tətbiq olunsa və say azalsa, çox güman ki, qiymətdə də artım olacaq”, - ekspert qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.
Tehsil-press.az