Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü

Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü İstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.
Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapanca ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi Sahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub.
Aparılan araşdırma nəticəsində türk polisi silsilə cinayəti aşkara çıxarıb.
Məlum olub ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib.
2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.
2018-ci ilin avqustun 8-də Sahib M. bu dəfə də Gəncəli Əliyevi Qaziosmanpaşada silahla qətlə yetirib.
2018-ci ilin avqustun 22-də Qaziosmanpaşada Sahib M.-in qohumu olan Ramil Məmmədov öldürülüb. Hadisəni törədən Asif A. isə saxlanılaraq həbs edilib.
2018-ci ilin 7 oktyabrında Ruhil Ağayev adlı şəxs yenə Sahib M.-in qohumları olan Qasım M. və qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.
Sahib M. ittihamları qəbul etməsə də, haqqında həbs qərarı çıxarılıb, onunla birgə saxlanılan iki şəxs isə azadlığa buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər