ATU-nun Böyük Elmi Şurasının 2019-cu ildə keçirilən ilk yığıncağını açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdıraraq hesabat məruzəsi ilə çıxış etmək üçün sözü beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalova verdi.
Hesabat dövründə universitetin beynəlxalq əlaqələrinin mövcud durumundan danışan prorektor 2018/2019-cu tədris ilində hazırlıq kursuna əcnəbi dinləyicilərin qəbulunun yeni qaydalarla aparıldığını dedi. O, namizədlərin müraciətlərinin elektron şəkildə, internet vasitəsilə qəbul olunduğunu, bunun üçün ATU-nun internet saytına bağlı admission.amu.edu.az portalında qeydiyyatdan keçərək şəxsi hesab yaratdıqlarını söyləyərək yeni qaydaların üstünlüklərindən söhbət açdı.
Hazırlıq kursuna qəbul olunan əcnəbi dinləyicilərin və hər iki müalicə-profilaktika, stomatologiya, əczaçılıq fakültələrində təhsil alan əcnəbi tələbələrin statistikasının təqdim edən N.Zeynalov bildirdi ki, 2018/2019-cu tədris ili üçün qəbul ediləcək dinləyicilərin sayı planlaşdırılan kimi (550 nəfər) olmuşdur: “Yeni sistemin tətbiq edilməsini və əcnəbi tələbələrimizin olduğu əsas ölkələrdə (Türkiyə və İran) hazırda iqtisadi çətinliklərin olması fonunda qəbul planının yerinə yetirilməsi sevindirici haldır”.
Universitetimizdə cəmi 28 ölkədən 1821 nəfərin (dinləyicilər və tələbələr) təhsil aldığını deyən propektor onu da vurğuladı ki, əcnəbi tələbələrimizin statistik göstəriciləri nə qədər sevindirici olsa da, gələcəkdə bu səviyyədə qalmasına zəmanət yoxdur: “Ən çox əcnəbi tələbə qəbul etdiyimiz ölkələrdə iqtisadi böhran, əhalidə valyuta ehtiyatlarının azalması, həmçinin keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələrinin universitetləri tərəfindən də əcnəbi tələbələrin qəbul edilməsi bizim universitetimiz üçün ciddi rəqabət şəraiti yaradır”.
N.Zeynalov bu kimi halları nəzərə alaraq rəqabətliliyin artırılması məqsədi ilə ingilis dilində tədris aparan müəllimlərin sayının və onların dil biliyi səviyyəsinin artırlıması, universitet barədə məlumatlandırıcı materialların və video çarxların hazırlanması, universitetin reklamının internetdə yerləşdirilməsi, beynəlxalq təhsil sərgilərində iştirak, əcnəbi tələbələrin ATU-nun sosial lahiyələri və tədbirlərinə cəlb olunmasının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkdi.
Universitetimizin mübadilə proqramları üzrə fəaliyyətinə, yay istehsalat təcrübəsinin nəticələrinə və rezidentlərin xaricdə rotasiyasına toxunan prorektor 2018-ci ilin mart ayından indiyədək 255 əməkdaşımızın xarici ölkələrdə elmi-praktik tədbirlədə iştirak etmək məqsədilə ezamiyyətdə olduqlarını da diqqətə çatdırdı: “Son 4 ilin statistikasına nəzər salanda, hesabat dövründə səfər etmiş müəllimlərimizin sayı əvvəlki illərə görə daha çoxdur. Səfər edilmiş ölkələr arasında Rusiya (60 nəfər), Türkiyə (53 nəfər) və Almaniya (16 nəfər) üstünlük təşkil edirlər. Əvvəlki illərdən fərqli olaraq, Rusiyaya daha çox əməkdaşımızın səfər etməsi qeyd olunur (əvvəlki illərdə üstünlük Türkiyədə olmuşdur). Xaricə səfər etmiş əməkdaşlarımızın kafedralar üzrə statistikasına nəzər salanda onkologiya (29 səfər), ağız və üz-çənə çərrahiyyəsi (20 səfər) və II uşaq xəstəlikləri (19 səfər) kafedralarının əməkdaşlarının daha fəal olmasını görə bilərik”.
Universitetimizdə ingilis dilində tədris aparan müəllimlərin siyahısını dəqiqləşdirmək və ingilis dilində tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müəllimlərimizin dil biliyinin diaqnostik qiymətləndirilməsinin həyata keçirildiyi də hesabatda öz əksini tapdı və qiymətləndirmənin nəticələri açıqlandı: “Obyektivlik üçün bu qiymətləndirməni ATU tərəfindən seçilmiş və ATU ilə əlaqəsi olmayan dil tədrisi şirkəti aparmışdır. Universitetimizdə ingilis dilində tədris aparan müəllimlərin siyahısı müvafiq fakültələrin dekanları tərəfindən təqdim olunmuşdur. Qiymətləndirmə 2 mərhələdə həyata keçirilmişdir: yazılı imtahan (mart 2018) və şifahi imtahan (iyun-iyul 2018). Dekanlıqlar tərəfindən verilmiş məlumata görə, universitetimizdə 239 müəllim ingilis dilində tədris aparırdı. Bu müəllimlərdən 5 nəfər dekanların adına yazlılı ərizə ilə müraciət edərək ingilis dilində tədris aparmaqdan imtina etmişdir. 29 müəllim isə müxtəlif səbəblərdən hər 2 imtahana gəlməmişdir. 12 müəllim qiymətləndirmənin birinci mərhələsində iştirak etmiş, lakin ikinci mərhələyə gəlməmişdir. Birinci imtahanda iştirak etməmiş müəllimlər üçün ikinci imtahanda yazılı imtahanı vermək imkanı yaradılsa da, 3 müəllimimiz bundan imtina etmişdir, yəni şifahi imtahanı versə də, yazılı imtahanı verməmişdir. Nəzərinizə çatdırım ki, yalnız qiymətləndirmənin hər iki mərhələsində iştirak etmiş müəllimlər qiymətləndirmədən keçmiş hesab edilmişdir. 1 müəllim hər iki imtahana gəlmiş, lakin heç bir dil səviyyəsi göstərə bilməmişdir, beləliklə, imtahandan kəsilmişdir. Nəticədə imtahandan keçmiş müəllimlərin sayı cəmi 189 olmuşdur.
189 müəllimdən 45 nəfər (24%) yüksək dil biliyi səviyyəsini, 38 nəfər (20%) orta dil biliyi səviyyəsini, 87 nəfər (46%) ortadan aşağı dil biliyi səviyyəsini və 19 nəfər (10%) aşağı dil biliyi səviyyəsini nümayiş etdirmişdir”.
İngilis dilində tədrisin keyfiyyətinin artıtılması üçün bəzi tədbirlərin görülməsininin zəruriliyini vurğulayan N.Zeynalov universitetin beynəlxalq lahiyələrdə iştirakı, xarici universitetlərlə əməkdaşlığı, səfirliklər və missiyalarla əlaqələri barədə fikirlərini də şura üzvləri ilə bölüşdü.
Məruzə ətrafında çıxış edən biofiziki və bioüzvi kimya kafedrasının müdiri, akademik Dilqəm Tağıyev, histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev və xarici tələbələrlə iş üzrə dekan Orxan İsayev hesabatı yüksək qiymətləndirərək universitetin xarici əlaqələri ilə bağlı fikirlərini söylədilər.
Müzakirələrə yekun vuran rektor beynəlxalq əlaqələrin bütün universitetlərin fəaliyyətlərinin əsas prioritet istiqamətlərindən biri olduğunu xatırlatdı. Bu gün beynəlxalq əlaqələri olmayan universiteti hətta təsəvvür etməyin mümkünsüzlüyünü deyən G.Gəraybəyli bildirdi ki, rəhbərlik etdiyi ali məktəbin ən vacib hədəfi beynəlxalq akkreditasiyadan keçməkdir: “Əgər universitetimizin beynəlxalq akkreditasiyası olsa, bu onun tam şəkildə reytinqinin yüksəlməsinə gətirib çıxaracaqdır. Həm universitetimizdə oxumaq istəyən tələbələr, həm onların valideynləri, həm də bütün xarici ölkələrin marağı, diqqəti bura yönələcək. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə işlərimizi irəli aparmaq üçün bizə xüsusi stimul verir. Beynəlxalq ikili diplom proqramlarını həyata keçirmək, gənc kadrlarımızı daha çox ehtiyac duyulan ixtisaslar üzrə xaricdə doktorantura təhsili almağa göndərmək və onların qayıdaraq öz universitetimizdə fəaliyyət göstərməsinə şərait yaratmaq qarşımızda duran əsas vəzifələrdəndir”.
İkili diplom proqramı üzrə universitetimizdə struktur dəyişikliklərinin nəzərdə tutulduğunu söyləyən rektor bildirdi ki, tədris proqramı yenilənməli və müasir tələbata uyğunlaşdırılmalıdır.
G.Gəraybəyli tibb təhsilində əsas yer tutan modul sisteminin dərindən öyrənilməsinin vacibliyini də vurğuladı və yeri gəlmişkən, universitetimizdə qonaq olan amerikalı professorun onunla görüşü zamanı dediyi bir fikri yada saldı: “Hər hansısa bir müəllim öz tələbələrinə vaxtilə ona müəlliminin keçdiyi dərsi keçirsə, bu artıq universitet deyil, tarix muzeyidir”.
Universitetimizin maliyyə durumunun, maddi-texniki bazasının yaxşılaşdırılmasında xarici tələbəllərin roluna da diqqət yönəldən rektor bildirdi ki, hər bir universitetin daha çox xarici tələbə cəlb etməyə çalışması təbiidir: “Kifayət qədər xarici tələbələrimiz var. Doğrudan da universitetimiz bu göstəriciyə görə digər ali məktəblərlə müqayisədə böyük fərqlə birinci yeri tutur. Amma ən əsası tədrisin keyfiyyətidir. İndi diplom üçün gələnlərin sayı sürətlə azalır. Həm təhsil haqqı, həm də verilən təhsilin keyfiyyəti seçimə güclü təsir edən amillərdir. Əgər bu iki parametr üzrə hansı universitet tələbəni və yaxud onun ailəsini qane edərsə, tələbə məhz o universiteti seçir. Universitetimizdə oxumaq istəyən xarici tələbələrin sayı imkan verir ki, seçim aparaq. Biz isə universitetimizi seçən tələbələrin etimadığnı doğrultmaq üçün təhsilin səviyyəsini artırmalıyıq”.
Yekun nitqində bir neçə müəllimin ərizə yazaraq ingilis dilində tədris aparmaqdan imtina etməsinə də münasibət bildirən universitetin rəhbəri gələcəkdə belə müraciətlərin qəbul olunmayacağını vurğuladı və bunu artıq I kursda 600-ə yaxın xarici tələbənin təhsil alması ilə əsaslandırdı. Eyni zamanda kliniki kafedralarda çalışan bəzi əməkdaşların müalicə işi ilə məşğul olmaq istəməməsini də ciddi tənqid etdi.
“Azərbaycan Tibb Universitetinin Qonaq Professoru (Visiting Professor)” adını almaq üçün türk əsilli Almaniya vətəndaşı Dr. Nevzat Doğanın namizədliyini, Azərbaycan Tibb Universitetinin daxili intizam, eləcə də universitet klinikalarında yerləşən kafedraların professor-müəllim heyətinin tədris və müalicə işlərinin təşkili və aparılma qaydalarını, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini təsdiqləyən, əməkdaşlara yaradıcılıq məzuniyyətlərinin verilməsinə, doktoranturanın əyanı təhsil formasından qiyabi təhsil formasına keçmək istəyənlərə və doktoranturanın qiyabi təhsil formasının ödənişli əsaslarla (1500AZN) həyata keçirilməsinə razılıq verən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.

ATU-nun Mətbuat Xidməti