1958-ci ildən Sumqayıt şəhərində Pionerlər Evi kimi istifadəyə verilən qurum 1972-ci ildən Pioner və Məktəblilər Sarayı, sonralar isə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini genişləndirərək yüzlərlə uşağın istedadının üzə çıxmasında, onların xanəndə, rəssam, memar kimi yetişərək Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmasında böyük rol oynayır. Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva ilə mərkəzin fəaliyyəti barədə maraqlandıq.
* Əntiqə xanım, mərkəzdə hansı dərnəklər fəaliyyət göstərir?
* Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi istedadlı uşaqların üzə çıxmasında və mədəniyyətimizin xəzinə sərvətinin artmasında əhəmiyyətli işlər görür. Mərkəzdə rəqs, bədii qiraət, teatr, rəssamlıq studiyası, kompyuter, musiqisevərlər (sintezator, nağara, gitara, piano, tar, saz), sağlam həyat tərzi, ingilis dili, rus dili, nağıl və debat, gənc riyaziyyatçılar, gənc kimyaçılar, əyləncəli fizika, nitq mədəniyyəti, intellektual inkişaf, dərzilik, taekvondo, gimnastika, bərbərlik, ekologiya və biz, vokal, uşaq xoru, musiqili teatr studiyası kimi 23 dərnək var. Yaşından asılı olmayaraq bu dərnəklərdə məşğul olan uşaqların hərtərəfli inkişafı üçün dərnək rəhbərləri səylə çalışırlar.
* Dünyanın hər tərəfindən gələn gördüyünüz işlərin xoş müjdəsi fərəh doğurur. Müxtəlif səpkili tədbirlərdə qazanılan uğurlar barədə nə deyə bilərsiniz?
* Rəssamlıq üzrə dərnək rəhbərlərindən beynəlxalq və respublika müsabiqələrinin qalibləri - “Tərəqqi” medalı ilə təltif olunmuş Əməkdar müəllim Kərimov Murad, “Əməkdar mədəniyyət işçisi” Abbasquluzadə Fazil, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Suluboya Cəmiyyətinin üzvü İntiqam Cəfərov, Respublika Təhsil Nazirliyinin və Mədəniyyət Nazirliyinin Fəxri diplomları ilə təltif olunmuş Şahpələngi Nazim, Cəlilova Xeyransa, Süleyman Nemət, Qasımova Sevinc, “Bacarıqlı əllər” dərnəyinin rəhbərləri – dizayn işləri üzrə qabaqcıl təhsil işçisi Şahmalıyeva Zülfiyyə, rəssamlıq üzrə Bağırova Rəşidə, qiraət üzrə Bayramova Asyanın dünya miqyasındakı uğurları mərkəzə müraciət edənlərin sayını çoxaldır. Beynəlxalq və respublika üzrə keçirilən rəsm müsabiqələrində dərnək üzvlərindən Kərimov Sənan, Şəkərov Kənan, Məhərrəmli Fidan qalib gələrək I yerə layiq görülmüşlər. Əməkdar müəllim Kərimov Muradın şagirdləri Amerikada, İtaliyada, Norveçdə, Kanadada, Türkiyədə yaradıcılıq mərkəzlərində tanınırlar. Dərnək rəhbərlərindən bəstəkar Abbaszadə Abbasxan şagirdlərə musiqinin sirrlərini, gitarada ifa etməyi öyrədir. İntellektual inkişaf sahəsində dərnək üzvlərini hərtərəfli hazırlayan rəhbər İsayeva Şəmsiyyə respublika səviyyəsində müsabiqələrdə qalib gəlmiş və fəxri fərmanlarla təltif olunmuşdur.
“Bayrağımız qürur mənbəyidir” rəsm müsabiqəsində qalib olduğumuza görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının fəxri diplomlarına layiq görülmüşük. “Hava uşaqların gözü ilə” rəsm müsabiqəsinin, ”Ümid” və “Zirvə” rəqs ansambllarının iştirak etdiyi II Respublika Xalq Yaradıcılıq müsabiqəsinin, “Ekologiya uşaqların gözü ilə” rəsm müsabiqəsinin, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rəqs Festivalının və Təsviri incəsənət dərnəyinin Hindistanda keçirilən “Biz müstəqil dövlətlərdə yaşayırıq” müsabiqəsinin, “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm ümumrespublika müsabiqəsinin qalibiyik. Bu müsabiqənin qaliblərindən üç nəfər dərnək üzvünün əl işi Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanan kataloqda əks olunmuşdur. İmanzadə Nərmin Finlandiyada keçirilən “Beynəlxalq qida sərgisi” adlı rəsm müsabiqəsinin qalibi olmuş, Abbasquluzadə Niyal Fazil oğlu isə ”Dekorativ-tətbiqi sənət” müsabiqəsində əl işlərinə görə respublikada ən istedadlı uşaqlar siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş uşaq və gənclərin əl işlərindən ibarət kataloqa dörd nəfər dərnək üzvünün əl işi daxil edilmişdir. Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımlara həsr olunmuş respublika müsabiqəsində və 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi H.Əliyev və Müstəqil Azərbaycan mövzusunda keçirilən rəsm müsabiqəsində və “Zərifə Əliyevanın simasında ana obrazı” rəsm müsabiqəsində I yerə layiq görülmüşük. “İnnovativ Gənclər Sərgisi” layihəsinin iştirakçısı olmuş, I və II yerlərə layiq görülmüşük.
Ölkədən kənarda keçirilən müsabiqə və festivallarda da iştirak etmişik. Yaponiyada, Kanadada keçirilən beynəlxalq sərgidə, 33 ölkənin iştirak etdiyi Sankt-Peterburq şəhərində keçirilən “Xocalı harayı Sumqayıt uşaqlarının gözü ilə” rəsm müsabiqəsində uğurlu nəticələr əldə edərək qalib olmuşuq. Hindistanda keçirilən “Biz Müstəqil Dövlətlər Birliyində yaşayırıq” adlı rəsm müsabiqəsində xüsusi mükafata, Türkiyədə türkdilli ölkələr arasında keçirilən beynəlxalq şeir müsabiqəsində I yerə layiq görülmüşük. Ümumiyyətlə, indiyədək keçirilən müxtəlif səpkili tədbirlərdə qaliblərimiz I və II yerlərə layiq görülmüş və bir sıra fəxri diplomlar və fərmanlarla təltif olunmuşlar.
* Altmış ildən çox fəaliyyəti olan istedadlar ocağı hansı tanınmış şəxsiyyətləri ilə fəxr edir?
* Mədəniyyətimizin inkişafında xidmətləri ilə tanınan bir çox nümayəndələr, o cümlədən Zakir Əliyev, Mənzurə Musayeva, Gülzar Fərəcova, Damla (Məsumə Məmmədova) kimi müğənnilər, məşhur azərbaycanlı rəssam Bəhruz Kəngərlinin nəslindən olan və hazırda Amerikada yaşayan və gözəl əl işləri ilə tanınıb dünyaya səs salan gənc rəssam Könül Kəngərli, “Xalq ulduzu 4” mahnı müsabiqəsinin qaliblərindən olan Elay Xasıyev və başqaları istedadlar yetişdirən bu ocağın yetirmələridir və biz onlarla fəxr edirik. Əlavə qeyd etmək istəyirəm ki, hazırda mərkəzdə təlim keçən uşaqların əksəriyyəti Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Memarlıq və İnşaat Universitetinə qəbul olunmaq arzusundadırlar. Valideynlər övladlarını inkişaf mərkəzinə gətirməkdə yanılmırlar. Onlar əmindirlər ki, dərnəklərdə məşğul olan uşaqları daha da inkişaf edib arzularına çatacaqlar. Bu sevindirici bir haldır, onlar dərnək rəhbərlərinin əziyyətini itirməyəcəklər.
* Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 2017-2018-ci illərdə hansı tədbirlərdə iştirak etmişdir
* “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” şənliyinə həsr edilmiş “Buz sarayı” adlı yarımillik hesabat konserti və “Gözəlləşən Azərbaycan” adlı rəsm və əl işlərindən ibarət sərgi, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Azadlıq yolumuz” adlı ədəbi-bədii kompozisiya və “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Mənim anam bir mələk” adlı konsert proqramı, “Yurdumuza bahar gəlir” adlı Novruz bayramına həsr edilmiş konsert proqramı, 31 Mart azərbaycanlıların soyqırımına həsr edilmiş “Qanla yazılmış tarix” adlı elmi-praktik konfrans və “Azərbaycan əsrlərin qan yaddaşı” adlı rəsm işlərindən ibarət sərgi, Türkiyə Respublikasında keçirilən 23 aprel “9-cu Beynəlxalq Uşaq Oyunları Festivalı”, “Rənglərin ədəbi gücü” adlı Nəsirli Zəhranın fərdi sərgisi, “Dostluğun sehri” 3-cü Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Mənim arzularım”adlı müsabiqəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Ölkəmin rəqs çələngi” respublika rəqs festivalı, “Vətəni ona görə sevmirlər ki, o böyükdür, ona görə sevirlər ki, o özününküdür” adlı ümumtəhsil məktəblərinin IX-XI sinifləri arasında keçirilən diyarşünaslıq müsabiqəsi, IV Beynəlxalq İncəsənət Olimpiadası 25.06.2018-01.-07.2018-ci il tarixdə keçirilən “Xoşbəxtliyin nə məkanı, nə zamanı var” adlı rəsm müsabiqəsi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli mənəvi dəyərlərimiz rənglərin dili ilə” rəsm müsabiqəsi, “Üç alov” adlı Uşaq və Gənclərin Beynəlxalq folklor, klassik, müasir yaradıcılıq festivalı, Polşa Respublikasında keçirilən “Uşaqların və gənclərin XX Beynəlxalq Qrafika – rəsm müsabiqəsi”, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində gənclər və tələbələr, eləcə də gənc rəssamlar arasında təsviri sənət üzrə “İstedad sorağında – 3” adlı yaradıcılıq müsabiqəsi, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin iştirakı ilə “Teatr festivalı”, “Yaşamaq üçün sevmək lazımdır” adlı ulu öndər Heydər Əliyevə həsr edilmiş konsert proqramı, “Mənim nağıl dünyam” adlı xalq nağıllarımıza həsr edilmiş tədbir, “Alovlu Qafqaz” II Uşaq – Gənclərin folklor rəqs və yaradıcılıq festivalı, 13 iyun 2018-ci il tarixdə Quba rayonunda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Ekoloji təmiz məhsul aqrobiomüxtəliflik” III Respublika müsabiqəsi yadda qalan möhtəşəm tədbirlərdən olmuşdur. İştirak etdiyimiz və qalib olduğumuz müsabiqələr, festivallar bizim mərkəzin yaradıcı uşaqlarının əsl istedad sahibi olduqlarını bir daha təsdiqləyir. Mərkəzin özünün təşkil etdiyi rəsm sərgiləri, konsert proqramları özünün rəngarəngliyi ilə xatirələrdə iz buraxır və qabiliyyətli uşaqlar üzə çıxır.
* 2019-cu ildə hansı tədbirlərdə iştirakınızı planlaşdırırsınız?
* Mart ayının 2-də Sumqayıt şəhər məktəbləri arasında iki mərhələdə mərkəzimiz tərəfindən təşkil olunan “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı intellektual yarışma keçirildi. Yarışmada I yer üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziya, II yer üzrə Təfəkkür Liseyi, III yer üzrə isə İstedad Liseyi və 1 nömrəli tam orta məktəb mübarizə apararaq qalib oldular. Mart ayının 9-da Bakı şəhərində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş rəssamlıq studiyasının rəsm sərgisi və bədii şöbənin rəqs kollektivinin iştirakı ilə “Sumqayıtlı Bahar qızı Bakıda” adlı geniş tədbir keçiriləcəkdir. Aprel ayında Türkiyədə, may ayında isə respublika səviyyəsində Sumqayıt şəhərində keçiriləcək rəsm sərgisində qalib olacağımıza əminəm. Bu gün yeniləşən Sumqayıtın ideya müəllifi, əsl memarı olan hörmətli Zakir Fərəcovun balacalara olan diqqət və qayğısı, sevgisi ruh yüksəkliyi yaradır. Xüsusi olaraq şəhərin yubileyi münasibətilə planlaşdırdığımız “Mənim rəngli dünyam” adlı rəsm sərgisində də dərnək rəhbərlərinin və üzvlərin əl işlərinin yüksək qiymətləndiriləcəyinə inam böyükdür. Milli Novruz Bayramına töhfəmiz də maraqlı və rəngarəng olacaqdır. Həm ölkə daxilində, həm də xaricdə keçiriləcək yeni sərgilər, müsabiqələr və festivallara hazırlıq işləri davam edir.
Uğurları ilə dünya miqyasında tanınan Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva bildirdi ki, qazanılan nailiyyətlərdə hər kəsin payı var.
Mərkəzin rəhbəri çalışqanlığı, bacarığı və istedadı ilə seçilən hər bir uşağın parlaq gələcəyi naminə əlindən gələni əsirgəmir. Mədəniyyət və incəsənətimizin daha da tərəqqisi üçün yeni kadrların yetişdirilməsinə səylə çalışır və mərkəzin uşaq və gənclərin inkişafında böyük rolu olduğunu vurğulayır. Gənc nəslin formalaşmasında səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Əntiqə Rzayeva xidmətlərinə görə 2006-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2014-cü ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Mərkəzin uğurlarına görə fəxri diplomlara və fərmanlara layiq görülən, təlim kurslarında hazırlıq keçən zəngin təcrübəyə malik təhsil işçisi Ə.Rzayeva bugünki gənc nəslin yüksək təlim-tərbiyəsinə, parlaq gələcəyi naminə diqqət və qayğısını əsirgəməyən dövlət başçısı İlham Əliyevə yaradılan şəraitə görə minnətdarlığını bildirir. Uşaqların və gənclərin düzgün yol göstəricisi, humanist prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, inamla və ilhamla yeni sabahlara birgə irəli addımladıqlarını söyləyir.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayevaya və bütün kollektivə nailiyyətlətlər diləyirik.

RƏNA İMANOVA
AJB-nin üzvü
AJB-nin üzvü