ADU-da “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib

ADU-da “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə İtaliyada italyan dilində çap olunmuş “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərinin zəngin ədəbi irsinə istinad edilib.
Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, qurum rəhbərləri, qəzet redaktorları, İtaliya nümayəndə heyəti və ictimi-siyasi xadimlər iştirak edib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla tədbirin böyük əhəmiyyətə malik olduğunu deyib: “Bu gün Azərbaycan multikultural bir dövlət kimi dünyada ad qazanıb. “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində tədris edilir. Bu, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən aksiyadır. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycan multikulturalizmi, eyni zamanda Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, mənəviyyatı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Milan Universiteti kimi auditoriyadan son dərəcə səmərəli istifadə etməyi bacaracağımıza inanıram”. K.Abdulla kitabın çapında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil, həmçinin bütün tələbələrimizə böyük hədiyyədir”.
Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi müəssisənin yaranması, fəaliyyəti və məqsədi haqqında məlumat verib. O, Azərbaycanın qadın şairlərinin yaradıcılığı haqqında danışıb. G.Əfəndiyeva kitabın ərsəyə gəlmə ideyası və prosesi ilə bağlı məqamları diqqətə çatdırıb.
ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin sədri, deputat Paulo Qrimoldi, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın tarixi və ədəbi əhəmiyyəti haqqında fikirlərini söyləyiblər.
“Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.
Daha sonra Mehriban Zəkinin ifasında Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan və digər qadın şairlərinin şeirlərinə mahnılar dinlənilib. Həmçinin, universitet tələbələri şeirlər və mahnılar səsləndirilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilibADU-da “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib


Oxşar xəbərlər