Valideynlər sizlər üçün

Valideynlər sizlər üçün
Ağlayan körpəni dərhal susdurmağa çalışmayın

Mütəxəssislər bildirir ki, valideynlər ağlayan körpələrin susdurmaq üçün dərhal hərəkətə keçməməlidirlər.
Avstraliyada valideynlər ağlayan körpələrinə necə yaxınlaşmalı olduğuna dair araşdırma aparıblar. Mütəxəssislər valideynlərə uşaqları ağlamağa başladıqdan bir müddət sonra hərəkətə təklif edirlər.
Araşdırma 7 aydan 6 yaşa qədər olan 326 uşaq üzərində aparılıb və nəticələri “Pediatrics” jurnalında nəşr olunub.Təcrübəyə görə ana-ataların ağlayan uşaqlarına dərhal müdaxilə etməyib, onların özlərinə sakitləşməsini gözləməsi müsbət nəticə verir. Alimlər bu üsulu “idarəli ağlama” metodu adlandırırlar. İddia edilir ki, bu metod körpələrdə öz-özünə susmaq vərdişi yarada bilir.
Valideynlər sizlər üçün
Araşdırmanı həyata keçirənlərdən biri Anna Prays mövzuyla bağlı bunları söyləyib: “Ana-atalar özlərini bir gecə körpə ağlamağa başlayandan 2 dəqiqə, növbəti gecə 5 dəqiqə sonra müdaxilə etməyə alışdıra bilirlər. Lakin valideynlərin ağlayan körpənin otağının qapısını bağlayıb tamamilə onunla maraqlanmırmış kimi etməyi də düzgün deyil. Arada otağa girib körpənin nə etdiyinə baxmaq lazımdır. Bu vərdiş sayəsində analar da, körpələr də gecələr daha rahat yata bilərlər”.

Uşaq ömrü uzadır

Yeni bir araşdırmanın nəticələrinə görə, uşaq sahibi olmaq sağlamlığa müsbət təsir göstərir və ömrü uzadır.
Valideynlərin davranışlarının uşaqlara təsirilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Budəfəki araşdırma isə uşaqların valideynlərinə, o cümlədən ata-ananın səhhətinə təsirilə bağlıdır. Nəticələri “Psychosomatic Medicine” jurnalında dərc olunan araşdırma zamanı təxminən 800 nəfərə burun damcısının köməyilə soyuqdəymə virusu veriblər. Təcrübə həm övladı olan, həm də olmayan şəxslər üzərində aparılıb. Nəticədə övladı olmayanlarda infeksiyanın ardından soyuqdəymə əlamətləri müşahidə edilənlərin sayı 1-2 övlad sahibi olanlardan iki dəfə çox olub. 3-4 uşağı olanların soyuqlaması halları isə çox aşağı nisbətdə özünü göstərib.
Valideynlər sizlər üçün
Uşaqları çoxdan evdən ayrılmış ana-atalarda da eyni nəticə ortaya çıxıb. Hətta bu qrupdakıların soyuqlama ehtimalı uşaqsızların dörddə biri nisbətində qeydə alınıb. Mütəxəssislər müsbət təsirin səbəbinin heç də qazanılmış immunitetlə bağlı olmadığını vurğulayıblar. Norveçdə həyata keçirilən başqa bir araşdırmada ana-ataların övladı olmayanlarla müqayisədə daha uzunömürlü olduğu müəyyənləşdirilib. 1935-1958-ci illər arasında doğulan norveçlilərin məlumatlarını araşdıran elm adamları, 2 övlad sahibi olanların uşağı olmayanlarla müqayisədə daha çox yaşadığını ortaya çıxarıblar.


TEHSİL-PRESS.AZ
İNFORMASİYA AGENTLİYİ

Oxşar xəbərlər