Zaman-zaman mediada Azərbaycanın ayrı-ayrı regionlarında universitetlərin açılması zəruriliyinə dair yazılarla, fikirlərlə tanış oluruq. Hətta bu istiqamətdə konkret təkliflə çıxış edənləri də görürük. Heç şübhəsiz ki, regionlarımızın universitet hərəkatından kənarda qalması arzuolunan hal deyil. Hətta konkret desək, bu yolverilməzdir. Ancaq bütün məsələlərdə olduğu kimi bu məsələdə də populizmdən uzaq, elmi əsaslara dayanan fikir və yanaşmalara ehtiyacımızın olduğunu düşünürəm.
İlk növbədə, onu qeyd etməliyəm ki, universitetlərə məşğulluq yeri kimi, əmlaka, kirayə evlərə, yaşayış vasitələrinə tələbi artıran vasitə kimi baxaraq, regionlarda yeni universitetlərin açılmasına çalışmaq çox təhlükəli təşəbbüsdür. Bu universitetlərin mahiyyətini, əsas funksiyalarını anlamamaqdır. Doğrudur, universitetlər müəssisə kimi yerləşdiyi regionda qeyd edilən iqtisadi təsirləri yarada bilirlər. Ancaq bu təsirləri universitet olmayan başqa müəssisələrlə də yaratmaq mümkündür. Universitet ilk növbədə keyfiyyətli təhsili, yüksək effektli tədqiqatları, intensiv sosial fəaliyyətləri ilə həqiqi universitet tələblərinə cavab verməli və bunlarla sosial-iqtisadi inkişafa xidmət etməlidir.
İkincisi, universitet hər yerdə qurula bilməz. Nəzərə almaq lazımdır ki, tələbələrin təhsili, onların yetişməsi təkcə universitet divarları arasında baş vermir. Tələbələrin yaxşı yetişməsində təhsil aldıqları universitetlə yanaşı, yaşadıqları ərazidəki innovasiyaların, sosial-iqtisadi və mədəni infrastrukturun, həyat tərzinin və mədəni mühitin də həlledici rolu vardır. Teatrlardan, kinoteatrlardan, kitabxanalardan, sərgilərdən, inkişaf etmiş nəqliyyat sistemlərindən, yüksək mədəni davranış tərzi aşılayan ictimai iaşə infrastrukturundan və.s məhrum olan ərazilərdə tələbələrin istənilən səviyyədə yetişməsi də çox çətin məsələdir.
Üçüncüsü, yeni universitetlərin açılması ilə bağlı qərarlar verildikdə, ölkənin maliyyə resursları, kadr potensialı mütləq nəzərə alınmalıdır. Yaşı, az qala əsri dolduran çoxlu sayda universitetlərindən istədiyi nəticəni ala bilməyən, onları dünyanın ilk 500, ilk 1000 universitetləri arasında görə bilməyən ölkələr, ilk növbədə yeni universitetləri hansı maliyyə və kadr potensialı ilə quracağı haqqında da düşünməlidirlər. Bəlkə potensiallarından mövcud universitetlərini inkişaf etdirmək istiqamətində istifadə etmələri daha doğru addım ola bilər?
Dördüncüsü, universitetlərin regional paylanmasında ölkənin ərazi ölçüsü, əhali sayı və iqtisadiyyatın miqyası da mütləq nəzərə alınmalıdır. Bu baxımdan “kiçik ölkələr”in ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə kimi ölkələrlə müqayisə edilməsi tamamilə yalnış olardı. Özünü bu ölkələrlə müqayisə edərək hər regionda bir universitet qurmağa çalışmaq, heç şübhəsiz ki, resurslardan səmərəsiz istifadə problemini doğuracaqdır.
Universitetlərlə bağlı ədəbiyyatlarda “Viskonsin ideyası” (Wisconsin idea) deyilən klassik bir anlayış var. Belə ki, 1905-ci ildə ABŞ-ın Viskonsin əyalətində yerləşən Viskonsin Universitetinin rektoru Çarlz Von Hayz (Charles Von Hise) “Universitetimizin faydalı təsirini ştatımızdakı hər bir ailə hiss etmədikcə mən məmnun qala bilmərəm” deyərək, Viskonsin Universitetini bütövlükdə yerləşdiyi ştatın iqtisadi, sosial və mədəni həyatına mühüm dərəcədə təsir göstərən quruma çevirmək yolunda addımlar atmağa başlayır. Məhz həmin dövrdən başlayaraq “təhsil sinif otaqlarından kənarda qalan insanların həyatına təsir göstərməldir” prinsipini özünün əsas fəlsəfəsinə çevirən Viskonsin Universiteti, bu gün universitetlərin regional inkişafdakı rolundan bəhs edən elmi ədəbiyyatlarda nümunə kimi göstərilir və onun bu rolu “Viskonsin ideyası” adı altında öyrənilir.
Bəs bu gün “Viskonsin ideya”sını xarakterizə edən əsas göstəricilər nələrdir? Yuxarıda təqdim etdiyimiz şəkildən də gördüyünüz kimi hazırda Viskonsin Universiteti:
Viskonsin ştatının iqtisadiyyatına illik təxminən 15 milyard dollarlıq töhvə verir;
Ona bu və ya digər şəkildə bağlı olan şirkətlər 193 310 iş yerinə və illik 847,5 milyon dollarlıq vergi ödəmələrinə malikdir
Onunla bu və ya digər şəkildə əlaqəli olan 311 start-up şirkəti 25 minə yaxın iş yeri yaratmaqla ştat iqtisadiyyatına 2,3 milyard dollarlıq töhvə verir;
Çoxlu sayda ekstern ofisləri, tədqiqat stansiyaları, hospital və klinikaları ilə Viskonsin ştatının demək olar ki, hər tərəfini əhatə edir;
İllik 1,12 milyard dollarlıq tədqiqat xərcləri ilə Harvardı belə ötərək ABŞ universitetləri arasında 4-cü sıradadır. Bu göstəricisinə görə 25 ildir ki, ilk 5 universitet arasında olan yeganə universitetdir;
Patentlərinin sayına görə ABŞ universitetləri arasında 6-cı sıradadır;
Akademik və inzibati heyəti, tələbələri və qonaqları ilə birlikdə hər il ştatda 5 milyar dollar pul xərcləyir;
İstifadə etdiyi hər 1 dollarlıq ştat vergisi, Viskonsin ştatında 24,14 dollarlıq iqtisadi fəaliyyətə çevrilir;
Sonuncu kurs tələbələrinin 94%-i, birinci kurs tələbələrinin isə 92%-i bu universitetdə əldə etdikləri təcrübəni “yaxşı” və ya “çox yaxşı” kimi qiymətləndirir.
Azərbaycanın regionlarında yeni universitetlər açmağı təklif edənlər, həmin regionlarda bu yolla “Viskonsin ideya”sının reallaşacağını sübut edə bilərlərsə, təklifləri heç şübhəsiz ki, alqışlanmalıdır. Yox, bunu sübut edə bilmirlərsə, onda “Viskonsin ideyası”nı mövcud universitetlərimizlə reallaşdırmağın yollarını axtaranlara dəstək olmaları daha məqsədəuyğundur. Mövcud universitetlərimiz inkişaf edərək, bir gün filialları, tədqiqat stansiyaları, konsaltinq xidmətləri, distant təhsil proqramları, “start-up”ları, keyfiyyətli məzunları, nəşrləri, sosial fəaliyyətləri və.s ilə ABŞ-ın bir çox ştatından da kiçik olan Azərbaycanın nəinki bir regionunda, hətta bütövlükdə ölkə miqyasında “Viskonsin ideyası”nı reallaşdıra bilməzmi? Fikrimcə, bu hədəf əlçatmaz deyildir. Sadəcə məqsədyönlü çalışma tələb edir. Daha konkret desək, aparılan islahatlarla universitetləri öz funksiyalarını tam şəkildə yerinə yetirə biləcək qurumlara çevirməyi nəzərdə tutur. Ona görə də hesab edirəm ki, bu gün bizi düşündürməli olan “regionlarda yeni universitetləri necə açmalı?” sualı deyil, “universitetlərimizi regionların üzünə necə açmalı?” sualıdır.

Elşən Bağırzadə
iqtisad üzrə fəlsəfə doktoru
iqtisad üzrə fəlsəfə doktoru