SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu

SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu Martın 27-də Sumqayıt Dövlət Universitetində “Elm günü” münasibətilə professor-müəllim heyətinin yaradıcılıq sərgisi təşkil olundu.
Universitetin hər üç tədris binasının foyesində təşkil olunan sərgidə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində çapdan çıxmış kitablar, yüksək impakt faktorlu jurnallarda dərc edilmiş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olundu.
Rektor professor Elxan Hüseynov sərginin əhəmiyyətindən bəhs edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamı da Azərbaycan elminə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Belə bir günün təsis edilməsi elm adamlarının qarşısında daha ciddi vəzifələr qoyur. Universitetdə müasir tələblərə uyğun kadr hazırlığına mühüm diqqət yetirilidiyini diqqətə çatdıran rektor onu da vurğuladı ki, alimlərimizin İmpakt faktorlu jurnallarda yayımlanan məqalələrin sayı ildən –ilə artır. Universitetdə alimlər üçün yaradılan əlverişli şərait elmi-tədqiqat işlərinin sayının çoxalmasına, keyfiyyətin isə artmasına səbəb olub. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının əldə etdiyi elmi nailiyyətlərin nümayiş etdirilməsinə ciddi ehtiyac yaranıb. Elə sərginin keçirilməsində məqsəd elmin bugünkü nailiyyətlərini tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyinin artırmaqdır. Rektor bu cür sərgilərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırdı.
Onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində 2019-ci ildə “Elm günü”nün qeyd edilməsi ilə bağlı nəzərdə tutulan Tədbirlər planına əsasən Tarix və coğrafiya fakültəsi üzrə Azərbaycanın dövlətçilik tarixindən, Nəsiminin fəlsəfi görüşləri mövzularında dəyirmi masalar, Akademiklər Y.M.Mahmudovla və R.M.Məmmədovla görüşlər, son illərin nəşrlərin ibarət sərgi, Filologiya fakültəsi üzrə professorlar Əbdüləzəl Dəmirçizadənin 110, Afad Qurbanovun, Yusif Seyidovun, Fərhad Zeynalovun 90 illik yubileyləri münasibətilə Azərbaycanın məşhur dilçi alimləri ilə “Dilçilik elminin dünəni, bu günü və sabahı” mövzusunda görüş, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dili”, Professor Q.Kazımovun “Azərbaycan dili sintaksisinin aktual problemləri”, “Əbdüləzəl Dəmirçizadə -110”, “Afad Qurbanov-90”, “Yusif Seyidov- 90”, və “Fərhad Zeynalov-90” mövzularında elmi seminarlar, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə müqavilə əsasında və Milli Mühasiblər Forumunun fərdi iştirakı ilə Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin müzakirəsi” mövzusunda dəyirmi masa, treninq, kurs və seminar, “İqtisadi terminlər” adlı bilik yarışı, Kimya və biologiya fakültəsi üzrə Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri mövzusunda Beynəlxalq konfrans, Kimya və biologiya gecəsinin keçirilməsi, AMEA-nın Kataliz və qeyri üzvi kimya institutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik, əməkdar müəllim, kimya üzrə elmlər doktoru, professor Dilqəm Tağıyev,
AMEA-nın Polimer materialları institutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov, AMEA-nın Mikrobiologiya institutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor Pənah Muradovla görüş, AMEA Polimer Materialları İnstitutunun alimləri ilə birlikdə Dünya TV-də Elm gününə həsr olunmuş verilişin hazırlanması, Sumqayıt şəhər orta məktəb şagirdlərinin Kimya və biologiya fənlərindən olimpiadaların keçirilməsi, Riyaziyyat fakültəsi üzrə I-III kurs tələbələri arasında Riyaziyyat üzrə olimpiadaların keçirilməsi, “Bu günün şagirdi, sabahın alimi”dir devizi altında Sumqayıt şəhər məktəblərinin IV-XI sinif şagirdləri arasında riyaziyyat üzrə fənn olimpiadasının keçirilməsi, son illərin nəşrlərin ibarət sərgi, Fizika və elektroenergetika fakültəsi üzrə AMEA-nın müxbir üzvü, professor, fizika-riyaziyyat elmləri doktoru Radiasiya Problemləri İnstitutunun direktoru O.Ə.Səmədovla görüş, BDU-nun professoru, fəl.e.d. Ə.B.Məmmədov “Muasir fizikanın fəlsəfi problemləri” mövzusunda seminarın keçirilməsi nəzərdə tutulub.

SDU-nun Mətbuat Xidməti


SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu

SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu

SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu


Oxşar xəbərlər