Yeni nəşr olunan monoqrafiyada Azərbaycan və ingilis dillərində sabit söz birləşmələrinin elmi təhlili aparılıb
Azərbaycan Dillər Universitetinin (ADU) təhsil fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifovun “Müasir ingilis və Azərbaycan dillərində sabit söz birləşmələrinin struktur semantik xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb.
Azərbaycan və ingilis dillərində sabit söz birləşmələrinin cari tədqiqi vəziyyəti, növləri və bədii xüsusiyyətlərindən bəhs edən kitab giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə tərcümə prosesində sabit söz birləşmələrinin mənalarının anlaşıqlı olması, tərcümə olunan dildə həmin birləşmə və ifadənin digər dildəki ekvivalentinin dəqiq tapılmasında kitab böyük əhəmiyyətə malikdir. Monoqrafiyada qohum olmayan iki dilin qarşılaşdırılması yolu ilə sabit söz birləşmələrinin elmi təhlili aparılıb.
“Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitab gənc tədqiqatçılar, filologiya fakültəsinin tələbələri, eləcə də dilçiliklə maraqlanan gənc alimlər üçün faydalıdır.

ADU-nun Mətbuat Xidməti