Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Turan Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tarixini unutma!” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə tanınmış alimlər, ziyalılar, universitetin tələbə-gəncləri iştirak ediblər.
“Turan Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər İsmayılov çıxış edərək tədbirin keçirilməsinə göstərdiyi köməkliyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, Birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, qədim tarixini təbliğ etmək və türkdilli xalqlar arsında əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir. Birliyin həyata keçirdiyi “Tarixini unutma!” layihəsində 200 ildən çox bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı hadisələrindən bəhs edilir. Belə ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin-azərbaycanlıların düşünülmüş, məqsədli şəkildə kütləvi surətdə soyqırımlarına, repressiyalara məruz qalmaları, doğma yurdlarından sürgün edilmələri və didərgin salınmaları soydaşlarımızın nəzərinə çatdırılır. Layihənin məqsədi İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran və digər ərazilərdə ermənilərin və tərəfdarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını ictimaiyyətə bir daha açıqlamaq və zaman-zaman Azərbaycandan zor gücünə qoparılmış Vətən torpaqlarını tanıtmaqdır.
Tədbirdə “Turan Araşdırma Mərkəzi” İB-nin hazırladığı xüsusi film nümayiş etdirilib. Elmi araşdırmalar əsasında hazırlanan filmdə beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.
Tədbirdə iştirakçılara xüsusi hazırlanmış bukletlər və filmin əks olunduğu yaddaş kartları paylanılıb.
Azərbaycan Mili Elmlər Akademiyasının Abasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı-publisist, dramaturq, tarixçi Yunus Oğuz və başqaları çıxış edərək layihənin mühim və aktual mövzuya həsr olunduğunu bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi