Martın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) İsrail səfirliyinin “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi “TOM” (Tikkun Olam Makers) layihəsinin təqdimatı keçirilib.
Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov innovativ ideyaların təhsil, sənaye və bütövlükdə cəmiyyətin inkişafına müsbət təsirindən danışıb. Azərbaycanda müxtəlif müəssisə və təşkilatlarda startap inkubasiya mərkəzlərinin yaradılması, startap mühitinin inkişaf etdirilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərə diqqət çəkən prorektor bildirib ki, ölkəmizdə innovativ ideyaların dəstəklənməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır. S.Namazov tələbələri formalaşmaqda olan startap mühitinə qoşulmağa və “TOM” layihəsində fəal iştirak etməyə çağırıb.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nümayəndələri İradə Məmmədova və Fidan Tofidi çıxış edərək layihənin əsas məqsədi haqqında geniş məlumat veriblər. Bildirilib ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemlərini həll etmək üçün ixtiraçılarla ehtiyac sahibləri arasında əlaqə yaratmaqdır. Qeyd olunub ki, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə mart ayının sonuna qədər vaxt veriləcək. Qeydiyyatdan keçmək istəyənlər “TOM”un Azərbaycandakı və beynəlxalq veb-saytından - http://tombaku.barama.az/, http://tomglobal.org/ istifadə edə bilərlər.

AzTU-nun Mətbuat Xidməti