Putin Vahid Ələkbərovla görüşdü

Putin Vahid Ələkbərovla görüşdü Rusiya prezidenti Vladimir Putin “LUKOİL” prezidenti Vahid Ələkbərovu qəbul edib.
Görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, şirkət hər il ehtiyatların artımını təmin edir və neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib:
“Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Mütəxəssislərimizin qazma işləri apardıqları bu cür dərinliklərin öhdəsindən gəlirik”.
Ələkbərov bildirib ki, bu il “Lukoyl” və “Qazprom” Nenets avtonom dairəsində Vaneyvissk və Layavojsk yataqlarının mənimsənilməsi üçün ortaq müəssisənin yaradılmasını başa çatdırmağı planlaşdırır: “Hazırda biz “Qazprom”la Nenets dairəsində birgə müəssisənin yaradılması üzrə iş aparırıq. İnanıram ki, bu il biz bu müəssisənin qurulmasını başa çatdıracağıq”.

Tehsil-press.az



Oxşar xəbərlər