Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və Böyük İpək Yolu” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tarixi “İpək Yolu” və onun Şərq-Qərb arasında iqtisadi, siyasi, ticari ələqələrin inkişafında rolu haqqında ətraflı məlumat verib. O, tarixi “İpək Yolu”nun bərpası təşəbbüsünün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb, strateji cəhətdən əhəmiyyətli olan bu layihənin dövlətimiz üçün iqtisadi faydası və perspektivlərindən danışıb.
İnteraktiv formada keçən dəyirmi masada bildirilib ki, müdrik, uzaqgörən, həyatını xalqının gələcəyinə həsr edən Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin və təməlini qoyduğu layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi dövlətimizin dünyada tanınmasına və xalqımızın həyat şəraitinin durmadan inkişaf etməsinə öz töhfəsini verir. Tədbirdə Asiya ilə Avropanı birləşdirən ticarət yolunun üzərində, Cənubi Qafqaz regionunda yerləşən, güclü potensiala malik Azərbaycanı dünyaya tanıdan “Böyük İpək Yolu”, “Əsrin müqaviləsi” və s. kimi böyük layihələrin həyata keçirilməsində Heydər Əliyevin rolu haqqında ətraflı məlumat verilib, tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransın məhz Azərbaycanda keçirilməsinin ulu öndərin təşəbbüsü sayəsində mümkün olduğu qeyd edilib.
ADU-nun Mətbuat Xidməti