Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano UNEC-də olub.
Rektor, professor Ədalət Muradovla görüşdə UNEC ilə BSTA arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Sosial təhlükəsizlik sahəsində birgə tədqiqatların aparılması, seminar və treninqlərin təşkil olunması barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Marselo Abi-Ramia Kaetano UNEC tələbələri ilə də görüşüb. Tələbələr qarşısında sosial təhlükəsizlik üzrə çağırış mövzusunda təqdimatla çıxış edən Baş katib Avropa ölkələrinin tərəfdaş təşkilatlarının bu çağırışlar istiqamətində həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Eyni zamanda müxtəlif ölkələrin sosial təhlükəsizliyinin müqayisəli təhlilini aparıb.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti