Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə şagirdlər tərəfindən aparılan tədqiqat işi Türkiyənin İstanbul şəhərində keçirilən doktor İbrahim Arikan adına XXVIII Beynəlxalq Tədqiqat Layihələri yarışmasında 2-ci yerə layiq görülüb.
Yarışmada Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdləri Məryəm Bayramova və Nicat Ömərlinin “Yeni nəsil fotodetektorlar” layihəsi fizika bölməsi üzrə mükafatçılar sırasında yer alıb.
Qeyd edək ki, yarışın final mərhələsinə kimya və biologiya bölmələri üzrə ümumilikdə 20 ölkədən 30 layihə seçilərək təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər