Azərbaycan Universitetində Türkiyəli müğənni, Türk Sənət Musiqisi ifaçısı, “Nevasel” Türk Musiqi Cəmiyyətinin bədii rəhbəri və solisti Aylin Şengün Taşçı ilə görüş olub. Görüşdə universitetin professor - müəllim heyəti və tələbələri iştirak edib.
Qonaq görüşdə Azərbaycana səfərinin məqsədi haqqında məlumat verib, ölkəmizdə olmaqdan böyük qürur hissi duyduğunu deyib. Bakıya ilk səfərini 20 yanvar hadisələrindən dərhal sonra etdiyini bildirən qonaq 1990-cı ilin Bakısı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Aylin Şengün Taşçı o dövrdə jurnalist fəaliyyəti ilə məşğul olduğunu və Azərbaycanın haqq səsini mətbuat vasitəsilə Türkiyəyə və dünyaya çatdırdığını qeyd edib. Qonaq aradan keçən illər ərzində Azərbaycanın hərtərəfli inkişafının canlı şahidi olduğunu və ölkəmizin əldə etdiyi uğurları böyük fəxarətlə izlədiyini bildirib.
Türkiyəli qonaq tədbirdə ifa etdiyi musiqi növü və rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti haqqında da məlumat verib. Azərbaycan musiqisini sevdiyini və repertuarına daxil etdiyini bildirən Aylin Şengün Taşçı “Çırpınrdın Qara dəniz” və “Nazəndə sevgilim” mahnılarını canlı ifa edib.
Tədbirdə Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafı haqqında da danışılıb, qonaq universitet kollektivinin ona ünvanlanan suallarını cavablandırıb.
Qeyd edək ki, klassik türk musiqisinin sevilən nümayəndələrindən olan Aylin Şengün Taşçı rəhbərlik etdiyi musiqi cəmiyyətinin 50-yə yaxın üzvü ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Gününə həsr olunmuş konsert proqramı ilə çıxış etmək üçün ölkəmizə gəlib. Proqram bu axşam saat 19.00-da başlayacaq. Politologiya və beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru olan Aylin Şengün Taşçı elmi-pedaqoji fəaliyyətlə də məşğul olub.

İctimaiyyətlə əlaqələr şöbəsi