FİZİKA İNSTİTUNUN GƏNC ALİMİ TƏLİMDƏ İŞTİRAK EDİB

FİZİKA İNSTİTUNUN GƏNC ALİMİ TƏLİMDƏ İŞTİRAK EDİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutnun “Bionanostrukturlar fizikası” laoboratorıyasının kiçik elmi işçisi Teymur Orucov İtaliyanın Parma şəhərində ezamiyyətdə olub. Ezamiyyətdə məqsəd FTİR cihazı üzrə təlim keçmək olub. Təlim IMEM- CNR Institutu və Parma Universitetində təşkil olunub. Bir həftəlik ezamiyyət müddətində T.Orucov təcrübələr aparıb və nəticələrin müzakirəsində fəal iştirak edib. Ezamiyyət NATO-Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsi tərəfindən elan edilmiş müsabiqədə qalib olmuş 3 illik (2018-2021-ci illər üçün) layihə (“İnsanın iştirakı olmadan partlayıcı aşkarlamaq üçün portativ sensorlar”) çərçivəsində təşkil olunub.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər