Bu gün Azərbaycan Universitetində “Nəsimi auditoriyası” fəaliyyətə başlayıb. Auditoriyada ilk tədbir Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunub. “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masada rektor Səadət Əliyeva, kafedranın professor-müəllim heyəti və filologiya III kurs tələbələri iştirak edib.
Rektor Səadət Əliyeva qeyd edib ki, Azərbaycan Universiteti auditoriyada il ərzində qüdrətli söz ustası İmadəddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən müxtəlif səpkili tədbirlərlə “Nəsimi ili”nə öz töhfəsini verəcək.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, rəhbərlik etdiyi kafedra tərəfindən təşkil olunacaq mühazirə, dəyirmi masa və seminarlar vasitəsilə dahi şairin yaradıcılığının müxtəlif məqamları diqqət mərkəzində saxlanılacaq.
Kafedranın professoru Məhərrəm Qasımlı məruzəsində İmadəddin Nəsiminin milli kimliyi, yaşadığı dövr və coğrafiya, dilinin leksik tərkibi, yaradıcılığının dil və üslüb xüsusiyyətləri, istifadə etdiyi obraz, motiv və rəmzlər, yaradıcılığını şəkilləndirən ictimai-siyasi zəmin, Nəsimi yaradıcılığında sufi və hurufi görüşlər, ardıcılları, Nəsimi ünvanı daşıyan şair və müridlər haqqında məlumat verib, həyatı və yaradıcılığı ilə bağlı rəvayətlər və mübahisəli məsələlərə aydınlıq gətirib.
Kafedranın professoru Qorxmaz Quliyev Nəsiminin və ədəbi irsinin dünya miqyasında tanıdılmasının istiqamətləri və əhəmiyyətindən danışıb. Nəsimi həm şəxsiyyət kimi, həm də yaradıcılığı, ədəbi irsi ilə vəhdətdə təqdim olunmalıdır.
Kafedranın dosenti Aytən Hacıyeva bildirib ki, Sovet dövründə klassiklərimizin təhrif olunmuş şəkildə öyrənilməsi onların yenidən tədqiq olunması zərurətini yaradıb. Prezidentin sərəncamı Nəsimi irsinin tədqiqinə qayıdış olmalıdır.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə başa çatıb.
Qeyd edək ki, “Nəsimi ili” tədbirlər planı çərçivəsində Azərbaycan Universitetində il ərzində bir sıra tədbirlər keçiriləcək, “İpək yolu” elmi jurnalı və korporativ informasiya jurnalı “Çağlayan”da Nəsiminin ədəbi irsi ilə bağlı publisistik yazılar və aparılan tədqiqatların nəticələri dərc olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi