Hörmətli Elçin müəllim!
Sizi BDU-ya rektor təyin olunmağınız münasibətilə təbrik edirik! Sizə məsul və şərəfli işinizdə uğurlar arzulayırıq!
Elçin müəllim, onu qeyd edək ki, universitetimizin yüzlərlə müəllimi işə gəlib-gedəndə metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edir. Bu stansiyanın da vaxtilə Hüseyn Cavid prospektinə bircə çıxış yolu vardı. Bu da eskalatorda sıxlıq yaradırdı. Bunu nəzərə alan dövlətimiz stansiyanın ikinci bir çıxış yolunu açdı. Biz müəllimlər də bu çıxış yolundan istifadə edərək qısa yolla Sizin universitetin həyəti ilə işə gəlib-gedirik.
Son günlər isə universitetinizin mühafizəçiləri bizi oradan gedib-gəlməyə qoymurlar. Deyirlər rektor bizə göstəriş verib ki, AzMİU-nun müəllimlərinin buradan gedib-gəlməsinə icazə verməyin.
Birincisi bu, metronun Cavid prospektinə açılan çıxışında sıxlıqla müşahidə olunur. İkincisi isə içərimizdə yaşlı, ayağında problemi olan müəllimlərimiz var, bu isə onların narazılıqlarına səbəb olur. Müəllimlərimiz Sizin universitetin həyəti ilə işə gedib-gələrkən tədris binalarına yaxınlaşmır, sadəcə həmin həyətdən keçib işlərinə gedirlər. Axı, biz də təhsil işçisiyik. Bir çoxumuz isə elə BDU-nun məzunuyuq. Nəyə görə bu yaşımızda bir vətəndaş, ziyalı olaraq Sizin təhsil ocağının həyətindən gedib-gələ bilməyək? Doğrudur, təhsil müəssisəsinin mühafizəsi təqdirəlayiqdir, ancaq məktəbin həyətini müəllimdən qorumaq düzgün deyil.
Mühafizəçilərin həyətə daxil olan hər bir vətəndaşı yoxlamağa tam səlahiyyətləri var. Biz buna razıyıq. Amma sadə, sıravi müəllimin həyətdən istifadə etməsinə nəyə görə qadağa qoyulmalıdır?
Bir tərəfdən BDU, digər tərəfdən isə Elmlər Akademiyası yolumuzu bağlayıb. Bəs, biz haradan işə gedib-gəlməliyik?
Hörmətli Elçin müəllim! Sizdən xahiş edirik ki, bu məsələnin müsbət həlli üçün öz köməkliyinizi göstərəsiniz.
Bakı şəhəri, 29 may 2019-cu il