Bayram nə vaxtdır? - Rəsədxana AÇIQLADI

Bayram nə vaxtdır? - Rəsədxana AÇIQLADI Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Yeni ay 03 iyun 2019 cu il tarixdə 14.03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.
Təzələnmiş ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın gözlə görmək mümkündür.
Odur ki, Azərbaycanda ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək.

Tehsil-press.az

Oxşar xəbərlər