Radiasiya Problemləri İnstitutunda üç ixtisas üzrə magistratura təhsili həyata keçirilir

Radiasiya Problemləri İnstitutunda üç ixtisas üzrə magistratura təhsili həyata keçirilir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) radiasiya materialşünaslığı, ətraf mühit kimyası, təbii və fizioloji fəal maddələr kimyası ixtisasları üzrə magistratura təhsili həyata keçirilir.
İnstitutda 2017-2018-ci tədris ili üzrə 2 magistr və 2018-2019-cu tədris ili üzrə 3 magistr təhsil alır. Tədris yüksəkixtisaslı müəllimlər, elmlər doktorları, professorlar tərəfindən aparılır. İnstitutun laboratoriyalarındakı müasir cihazlar magistrlərin istifadəsindədir və onlar dissertasiyalarını bu cihazlarda apardıqları tədqiqatlar əsasında yerinə yetirirlər.
İnstitutun magistrləri təqaüd almaqla yanaşı, ixtisaslarına uyğun laboratoriyalarda 0,5 ştat vahidi ilə işlə təmin edilib ki, bu da onların tədqiqat işləri ilə yaxından tanış olmasına, cihazlarda iş metoduna yiyələnməsinə, eləcə də dissertasiya işlərini sərbəst yerinə yetirməsinə imkan yaradır. Bundan əlavə, magistrlər AMEA-nın ictimai həyatında yaxından iştirak edir, konfrans, simpozium, mədəni-kütləvi tədbirlərdə təmsil olunurlar.

Tehsil-press.az

Oxşar xəbərlər