BMT əməkdaşlarını Sudandan çıxarmaqla bağlı qərar verib

BMT əməkdaşlarını Sudandan çıxarmaqla bağlı qərar verib Birləşmiş Millətlər Təşkilatı (BMT) öz əməkdaşlarını müvəqqəti olaraq Sudandan çıxarmaqla bağlı qərar verib.
Tehsil-press.az "Sky News Arabia" telekanalına istinadla xəbər verir ki, buna səbəb ölkədə yaranmış vəziyyətdir.
Sudanın müxalif həkimlər Komitəsi Xartumdakı toqquşmalar zamanı ölənlərin sayının 100 nəfərə çatdığı barədə xəbər yayıb. Müxalif Həkimlər Komitəsinin verdiyi digər məlumata görə, hadisə zamanı daha 326 nəfər xəsarət alıb.
Xatırladaq ki, iyunun 3-də səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib. Müdafiə Nazirliyinin və Baş komandanlığın mənzil-qərargahı önündəki etirazçılara odlu silahdan atəş açılıb. Toqquşmaların baş verdiyi meydan bağlanıb, mərkəzi keçələrdə ordu hissələri yerləşdirilib.
Aprel ayında Sudanda baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər