Azərbaycan Universiteti Almaniyanın Koblenz Universitetində keçirilmiş ənənəvi “Beynəlxalq həftə” (International Week) tədbirində təmsil olunub. Bu il 3-7 iyun tarixlərində keçirilən tədbirdə Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Azərbaycan Universitetinin Erasmus tələbələrindən Christiane Richter təmsil edib.
Tədbirin məqsədi dünyanın fərqli ölkələrindən olan universitetləri biraraya gətirmək və onların sərgisini təşkil etməkdir. ABS, Kanada, Avstraliya, Hidistan, İspaniya, Koreya, Çin, Portuqaliya kmi ölkələrin universitetlərinin təmsil olunduğu və hər kəsə açıq olan sərgidə universitet tələbələri ilə yanaşı orta məktəb şagirdləri də iştirak edib.
Burada Azərbaycan Universitetinin stendini ziyarət edə tələbə və şagirdlərə, eyni zamanda Bəxtiyar Bədəlovun ictimaiyyətə açıq leksiyalarında Azərbaycanın təhsil sistemi və Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib.

Mətbuat Xidməti