Noyabrın 15-dən 17-dək Türkiyənin Kocaeli şəhərində keçirilən və Azərbaycan Universitetinin həmtəşkilatçısı olduğu IV Avropa İqtisadi Konqresi uğurla başa çatıb. Beynəlxalq tədbirin digər təşkilatçıları Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.
Azərbaycan Universiteti ilə Kocaeli Universiteti arasında aparılan müzakirələrin nəticəsi olaraq V Avropa İqtisadi Konqresinin 2019-cu il aprelin 25-dən 27-dək Azərbaycan Universitetində keçirilməsi qərara alınıb.
Bu barədə konqresin rəsmi https://ecoei.org/ veb səhifəsində məlumat yerləşdirilib.
IV Avropa İqtisadi Konqresində 16 ölkədən 130 tədqiqatçı iştirak edib. Tədbirdə müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş 80 məruzə dinlənilib və müzakirələr aparılıb.
Nüfuzlu beynəlxalq tədbirdə ölkəmiz Azərbaycan Universitetini elmi işlər üzrə prorektoru, professor Yusif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Mətbuat Xidməti