Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bir neçə gündür ki, davam edir.
İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən İctimai Nəzarət Şurasının üzvləri də fəaliyyətlərinə start verib. Şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, şura üzvləri universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.
Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.
LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq da şura üzvlərində xoş təəssürat yaradıb.
İmtahanların gedişi və universitetlə əyani tanışlıqdan sonra İctima Şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını əminliklə bildirib, yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.
LDU-nun Mətbuat Xidməti