Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub.
Tədbirdə rektor Mustafa Babanlı universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan danışıb, yay imtahan sessiyasına hazırlıq, imtahan prosesində tətbiq ediləcək yeniliklər barədə məlumat verib.
“Veb-auditoriya” sisteminə keçid, elektron tədrisin genişləndirilməsi sahəsində görülən işlərdən bəhs edən rektor laboratoriyaların yenilənməsinin, İT akademiyanın işinin yaxşılaşdırılmasının, ingilis dilində ixtisasların sayının artırılmasının, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin universitetin prioritet istiqamətlərindən olduğunu deyib. Beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədris ilində universitetə 80 nəfər əcnəbi professorun cəlb olunduğunu qeyd edən Mustafa Babanlı bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Rektor, eyni zamanda, məzun-karyera sərgisi, həmçinin HPC mərkəzi və “Eazi START” akselerasiya mərkəzinın açılışına hazırlıq, fakültələrin elmi jurnallarının nəşrinin vəziyyəti, xarici universitetlərlə mübadilə proqramları, ADNSU-nun maddi-texniki bazası və s. barədə danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
ADNSU-nun Mətbuat Xidməti