Sonra AMEA-nın müxbir üzvü Bilal Bilalov “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, müasir dövrdə kompüter elminin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırır. Belə ki, kompüter elminin sürətli inkişafı təbiət və cəmiyyətin müxtəlif sahələrində tətbiq üçün yeni riyazi üsulların ərsəyə gəlməsinə imkan yaradıb.
B.Bilalov qeyd edib ki, ölkəmizdə klassik riyaziyyatın ənənəvi tətbiq sahələri olan Furye analiz, diferensial tənliklər və ədədi üsullarla yanaşı, son illərdə risk riyaziyyatı və ya aktuar riyaziyyatı, əhəmiyyətlilik nəzəriyyəsi, klaster analizi, diskriminant analizi, faktor analizi kimi sahələr də inkişaf etdirilir. Bu sahələrin inkişafı bilavasitə neyron şəbəkə, qeyri-müəyyənliyin qiymətləndirilməsi - entropiya, fuzzy nəzəriyyəsi, veyvlet analiz, freym nəzəriyyəsi üsullarının inkişafı ilə əlaqədardır.
Alim son 10 ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda qeyd olunan sahələrdə əhatəli tədqiqatlar təşkil olunduğunu, ölkəmizin, eləcə də ABŞ, Rusiya və Ukraynanın aidiyyəti qurumları ilə elmi əməkdaşlıq əlaqələri yaradıldığını diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
Rəyasət Heyətinin qərarı ilə məruzə qənaətbəxş hesab olunub. Qərara əsasən, tətbiqi riyaziyyat sahəsində araşdırmalar Azərbaycanda prioritet elmi istiqamətlərindən biri olaraq qəbul edilib.
Gündəlikdə yer alan digər məsələ elmi tədqiqat proqramlarının respublika müsabiqəsinin nəticələri haqqında olub. Bildirilib ki, AMEA-da 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan edilib. Qeyd olunub ki, müsabiqəyə təqdim olunan elmi-tədqiqat proqramlarının AMEA-nın müvafiq elmi bölmələri tərəfindən ekspertizası təşkil edilərək Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.
İclasda tövsiyə olunan proqramların maliyyələşdirilməsi qərara alınıb.
Rəyasət Heyəti AMEA və Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında sənədi də müzakirə edərək təsdiqləyib. Akademik A.Əlizadə bu ilin yanvarında hər iki qurum arasında beş il müddətinə Çərçivə Sazişi, Əməkdaşlıq və Dissertasiya Maliyyələşdirilməsi haqqında Saziş imzalandığını xatırladıb. Qeyd edilib ki, həmin sənədlərə əsasən akademiya tərəfindən müəyyənləşdiriləcək elm sahələri üzrə doktorantların AMEA və Monpelye Universitetinin qeydiyyatından keçirilərək hər iki təşkilatdan elmi rəhbərlə təmin edilməsi planlaşdırılır. A.Əlizadə proqramda iştirak üçün hər il iki doktorantın AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiya tərəfindən seçiləcəyini deyib. Doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına yiyələnmə haqqı qazanacaqlar.
Sonra AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik etməsi və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyindən söz açıb. Bildirilib ki, birlik Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstan, 2017-ci ildə isə Türkiyə elmlər akademiyalarının sədrlik etdiyini deyən akademik İsa Həbibbəyli birliyin qərarı ilə rəhbərliyin bu il AMEA-ya keçdiyini vurğulayıb.
Bu ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının 100 illiklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi qərara alınıb.
İclasda akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014-cü və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb. Böyük maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə oktyabrın 9-dan 30-dək Bakıda növbəti, üçüncü Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.
Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.
Akademiklər Vahab Əliyev və Əlisöhbət Sumbatzadənin 110, Cəlal Əliyev və Vahid Hacıyevin 90 illik yubileylərinin qeyd olunması, onların həyat və yaradıcılıqlarına həsr olunan tədbirlərin keçirilməsi qərara alınıb. Rəyasət Heyəti Azərbaycan Respublikasında dövlət quruculuğu proseslərinin, azərbaycançılıq ideologiyasının uğurla həyata keçirilməsində bu gün də şərəf və məsuliyyətlə xidmət edən akademik Ramiz Mehdiyevin ictimai elmlərin inkişafındakı fəaliyyətini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar AMEA-nın fəxri fərmanı ilə təltif edilməsi, alimin yubileyinə həsr olunan elmi sessiyanın keçirilməsi barədə qərar qəbul edib. Bundan əlavə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib. AMEA-nın Elm Tarixi İnstitutunda informasiya və tərcümə şöbəsi yaradılıb.
Tehsil-press.az