Şahmat üzrə Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir

Şahmat üzrə Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiyadası çərçivəsində İngiltərə komandası üzərində 3,5-0,5 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov Maykl Adams üzərində qələbə qazanıb, Teymur Rəcəbov və Rauf Məmmədov həmçinin rəqiblərindən güclü olublar, Arkadiy Naydiç isə heç-heçə edib.
Beləliklə 8 xalla turnirə Azərbaycan yığması başçılıq edir. Azərbaycanla bərabər Polşa, Çin, Fransa, İsrail, ABŞ, Ermənistan, Çexiya və Ukrayna yığmalarının da hesabında 8 xal var, lakin azərbaycanlı şahmatçılar əlavə göstəricilərə görə onları üstələyir.
Qeyd edək ki, bu gün Azərbaycan şahmatçıları Ermənistan komandası ilə qarşılaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər