Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə DTX-nin rəhbərliyi və əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının professor-müəllim və kursant heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev 14 iyul tarixinin xalqımızın taleyində oynadığı əhəmiyyətli rol barədə danışaraq bildirib ki, bu tarixin mühüm hadisələri, çətin və qürurverici anları, ən böyük sınaqları, uğurları və qələbələri görkəmli siyasi xadim Heydər Əliyevin və onun yolunu, ideyalarını ardıcıl davam etdirən, uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi dahi rəhbərin ömür yolunu müəyyənləşdirən başlıca amil idi.
General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqın, hər bir vətəndaşın maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, insanların sosial-maddi rifahının artırılması, milli-mənəvi və mədəni irsin qorunması və təbliği, ümumən respublikanın durmadan tərəqqisi və daha da qüdrətlənməsi naminə misilsiz xidmətləri xalqımız tərəfindən hədsiz rəğbətlə qarşılanır, dünyada yüksək qiymətləndirilir. Xidmət rəisi xüsusi vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətində Heydər Əliyevin xalqa məhəbbət və Vətənə sədaqətlə xidmət ənənələri daim yaşayır və uğurla davam etdirilir.
Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədri Şamil Süleymanov çıxışında vaxtilə Ulu Öndərin rəhbərliyi altında təhlükəsizlik orqanlarında xidmət etdiyi illəri ehtiramla anıb, xatirələrini bölüşüb. O bildirib ki, böyük düha sahibi Heydər Əliyev xalqımızı və dövlətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq respublikanın ictimai, siyasi, iqtisadi və mədəni-mənəvi intibahının banisi kimi milli yaddaşda, milyonların qəlbində əbədi liderə çevrilib.
Akademiyanın kursantı, Heydər Əliyev təqaüdçüsü Ş.İbrahimli məruzəsində Ulu Öndərin gənclərə hərtərəfli diqqət və qayğısından bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider tərəfindən yaradılan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantları Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini göz bəbəyi kimi qoruyacaq, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin etibarlı təhlükəsizliyi naminə elmin və peşəkarlığın sirlərinin dərindən mənimsənilməsi üçün səylərini əsirgəməyəcəklər.
Sonra tədbir Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanan, vətənpərvərliyi və dövlətçiliyi tərənnüm edən bədii proqramla davam edib.
Tehsil-press.az