Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib

Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şəxsi heyətin toplantısı keçirilib.
Tədbir iştirakçıları Penitensiar Xidmətin Tarix Muzeyində Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış olublar.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov adı müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılmış Ümummilli Liderin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd edib.
Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətləri vurğulanaraq, onun Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bildirilib.
Nazir müavini Ümummilli Liderin milli dövlətçilik ənənələrinin bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyərək, özünü peşəkar və bacarıqlı siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərin baş verdiyini, iqtisadi sabitlik və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini və onun ideyalarına dönməzliyini diqqətə çatdıran nazir müavini Penitensiar Xidmətinin çoxminli kollektivinin də Ulu Öndərin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını bildirib.
Toplantıda iştirak edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açaraq, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi görkəmli dövlət xadimi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Vurğulanıb ki, Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrdə mühüm tarixi qərarları ilə ölkənin gələcək müstəqil həyata hazırlanması istiqamətində mühüm işlər görüb.
Musa Quliyev müstəqil Azərbaycanın bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu deyib.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib

Tehsil-press.az

Oxşar xəbərlər