Gələcək iş yerlərinə necə hazırlaşmaq olar?
Gələcəkdə, 11 il sonra, 2030-cu ildə sizə karyeranızda hansı bacarıqlar lazım olacağını bilirsinizmi? 2030-cu ildə çox böyük ehtimal ki, siz hazırda hətta mövcud olmayan bir iş yerində işləyəcəksiniz. Biz hələ uçan avtomobillərin yaradılması və ya dünyada ilk zaman maşınının ixtira olunmasından danışmırıq. İş dünyası sürətlə inkişaf edir, bu, o deməkdir ki, sizə aydınlaşdırmaq lazımdır: əvvəlcədən təsəvvür etmək çox çətin olan gələcək iş yerlərinə necə hazırlaşmaq olar?
Əlbəttə, heç kimi bizə hansı bacarıqların lazım olub-olmadığını dəqiq söyləyə bilməz. Bununla belə, gələcək karyeranızda müvəffəqiyyət qazanmaq üçün lazım olacaq 5 bacarıq barədə məlumat vermək mümkündür.
Koqnitiv çeviklik
Rəqəmsal texnologiyaların artması o deməkdir ki, siz çoxsaylı imkan və onların yaratdığı problemlərin öhdəsindən gəlməli olacaqsınız. Sizin çoxsaylı mürəkkəb ideyaları eyni zamanda konseptləşdirmək və dəyişikilklərə uyğunlaşmaq qabiliyyətiniz varmı? Əgər varsa, onda siz işəgötürənlər və rekruterlər tərəfindən yüksək qiymətləndirilən keyfiyyətləri göstərirsiniz.
Rəqəmsal savad və hesablama düşüncəsi
Bir halda ki, dünya əvvəlki kimi yüksəktexnologiyalı və daim inkişaf edən texnologiyalara güvənir, rəqəmsal texnologiyalara ehtiyac həmçinin artır.
Siz, şübhəsiz ki, STEM haqqında eşidirsiniz, amma SMAC (social, mobile, analytics və cloud) barədə məlumatınız varmı? Hərçənd belə görünə bilər ki, bizi rəqəmsal dəbdə olan sözlərlə "bombardman" edirlər, amma rəqəmsal savad nə vaxtsa mümkün hesab edilən yeni texnologiyalar - süni intellekt (AI), maşın təlimi, əşyaların interneti (IoT) və elm haqqında məlumatlar almağı mümkün edir.
"Bizə 21-ci əsrin çox mümkün ki, hələlik üzləşmədiyimiz problemlərini həll edə biləcək alimləri öyrətmək lazımdır", -deyə Vitvatersranda Universitetinin rektoru professor Adam Həbib bildirir.
"Kasıbçılıq, işsizlik və qeyri-bərabərlik zonalarının üstündən aşmaq üçün bizə zəruri olan texnologiyaları inkişaf etdirmək naminə müxtəlif sektorlarda işləməliyik, eyni zamanda bəşəriyyət üçün prioritet olan yeni dünya nizamını yaratmalıyıq".
Süni intellekt və ya elektron elm sahəsində magistr dərəcəsi bacarıqlarınızn rəqəmsal dəstini inkişaf etdirməkdə sizə kömək edə, verilənlərin və tədqiqatların vizuallaşmasından tutmuş hesablama intellektinə qədər müxtəlif sahələrdə sizin texniki zirəkliyinizi sürətləndirməyə kömək göstərə bilər.
Qərarların müzakirə və qəbul olunması
Ola bilsin ki, robotlar və avtomatlaşdırma texnologiyaları hesablamalar və diaqnostik qərarlar kimi başqa üsullarla insanlardan daha yaxşı işləsin, ancaq insanlar onsuz da məlumatların analizinin subyektiv tərəfi kimi əhəmiyyət kəsb edəcək. Nəzərə alsaq ki, biz dördüncü sənaye inqilabının astanasındayıq, bizə hələ də dünyaya rəqəmlər və onların əhəmiyyətini göstərə bilən insanlar lazımdır.
Emosional və sosial intellekt
Rəqəmsal texnologiyalar və süni intellektlə əvəz edilməsi mümkün olmayan emosional və sosial intellekt unkal insani imkanlar olaraq qalmaqdadır. Bəzi sektorlarda bu keyfiyyətlər həlledici əhəmiyyətə malikdir. Səhiyyədə iş yerlərinə tələbat, məsələn, artır. Bəzi sahələr isə hər zaman insan elementi tələb edəcək. Sizin gələcək işiniz, ehtimal ki, başqalarla sıx əməkdaşlığı özündə ehtiva edəcək, ona görə də empatiya- əməkdaşlıq etmək qabiliyyəti, həmçinin əla ünsiyyət bacarıqları sizə şübhəsiz çox lazım olacaq.
Yaradıcı və yenilikçi düşüncəsi
Dünya İqtisadi Forumunun robotların ixtisar deyil, daha çox iş yeri yaradacağına dair 2018-ci il hesabatına baxmayaraq, siz öz yaradıcı bacarıqlarınızın öhdəsindən yaxşı gələcək və innovativ düşüncə tərzinizi dəstəkləyə biləcəksiniz.
Sosial intellekt kimi təbii yaradıcılıq ən yeni rəqəmsal texnologiyalarla asanlıqla hasil edilə bilməz. Nə qədər ki, qeyri-standart düşünə bilirsiniz, siz qaydasında olacaqsınız.
Ona görə də qeyri-standart düşünməyə də yer ayırın.

Oruc MUSTAFAYEV