Futuroloq Gerd Leonqard hesab edir ki, 10 ildən sonra proqram tərtibatçıları işsiz qalacaqlar
İnformasiya və süni intellekt əsrində hamımız düşünməyə başlamışdıq ki, övladlarımızı peşə seçimi baxımından humanitar elmlərdən uzaq tutmağa çalışmalıyıq. Gənclər arasında IT sahəsinə maraq durmadan artır. Valideynlərdə isə uşaqlarını dəqiq elmlərə yönəltmək meyilləri. Sən demə, vəziyyət biz düşündüyümüz kimi deyilmiş. Dünyanın bir çox böyük şirkətlərində “hakimiyyət”i humanitarlar ələ keçirir. Yeni trendə görə, humanitar təhsil almış şəxslərin hətta texnoloji şirkətləri belə idarə etmək qabiliyyətləri daha üstündür. İsveçrəli futuroloq Gerd Leonqard isə hesab edir ki, ümumiyyətlə, uşaqları dəqiq elmlərə yönəltmək əbəsdir.
Texnoloji monopoliya
Leonqardın fikrincə, biz hamımız texnologiyaların əhəmiyyətini həddindən ziyadə şişirdirik. Əslində isə belə olmalı deyil. Sanki bütün texnoloji kəşflər insanın dehumanistləşməsinə yönəlib: “Texnologiyalar dünyaya ucuz və bol yemək, enerji və təmiz su verə bilər. Biliklərimizin artırılmasında texnologiyaların əhəmiyyəti çox böyükdür. Hətta atmosferin dekarbonlaşması vasitəsilə biz təbiət dəyişikliklərinə də təsir edə bilərik. Ancaq texnologiyalar bəşəriyyətin qarşısındakı sosial-siyasi problemləri - işsizlik, terror, bərabərsizlik kimi məsələlərin həllində acizdir. Hətta bəzi hallarda texnoloji yeniliklər mənfi rol oynamağa da başlayıblar, məsələn, terrorçular koordinasiyanı sosial şəbəkələr və messencerler hesabına həyata keçirirlər. Biz elə bil hamımız unutmuşuq ki, dövlətin başlıca vəzifəsi rifahı yüksək cəmiyyət qurmaqdır. İndi dövlət elə bil qarşısına məqsəd qoyub ki, yüksək sürətli mobil rabitəyə və məhsullar internetinə nail olsun. Cəmiyyət, xoşbəxt vətəndaş isə unudulub. Əgər texnologiya insanın zərərinə işləyirsə, onu cilovlamaq lazımdır”.
G.Leonqardın fikirləri, şübhəsiz ki, maraqlıdır. Ancaq bu yanaşma alternativsiz də deyil. Məsələn, gələcəyə dair proqnozlarla çıxış edən rəqəmsal texnologiyalar üzrə ekspert Kris Skinner əks fikirdədir. O düşünür ki, rəqəmsal texnologiyalar və internetin hədsiz inkişafı nəticəsində dünyada qeyri-demokratik rejimlər qalmayacaq. O, bunu bəsit misalla izah edir: internet əsrində əhalidən heç nəyi gizlətmək mümkün deyil, informasiya ildırım sürəti ilə yayılır və bu, hətta ictimai-siyasi proseslərə belə təsirsiz ötüşməyəcək.
Gələcəyə dair futuroloji baxışları ilə çox populyarlaşmış tarixçi Yuval Noy Harari də oxşar qənaətdədir. Onun fikrincə, texnologiyaların inkişafı nəticəsində aclıq və səfalət aradan qalxacaq. Hətta yoxsulluq deyilən məfhum bir problem olaraq dünyanın gündəmindən çıxmaqdadır.
G.Leonqarda görə, vəziyyət o həddə çatıb ki, “platformalı iqtisadiyyat” mənfi rol oynamağa başlayıb.
Yeri gəlmişkən, “platformalı iqtisadiyyat” deyərkən sosial şəbəkələr və onlayn-satış portalları nəzərdə tutulur. İsveçrəli futuroloq bu qənaətdədir ki, “Facebook”, “Amazon”, “Google” kimi nəhənglər monopoliyaya çevriliblər və bu gün dünyada onlarsız biznes qurmaq mümkünsüz iş olub: “Platformalı iqtisadiyyat” şirkətlərin böyüməsinə nəzarət edilməməsinin nəticəsidir. Vaxt var idi bu platformalar müsbət rol oynayırdılar, məhsulun çatdırılması asanlaşmışdı, bu, qiymətlərə də öz təsirini göstərirdi. Sonra onlar öz şərtlərini diqtə edən totalitar korporasiyalara çevrildilər. Hamı bilir ki, “Amazon” dünyanın ən güclü şirkətidir. O, hətta “Standard Oil” və “Exxon”dan da nüfuzludur. Yaxud “Facebook”. 4 milyard izləyicisi var. Əgər siz tutaq ki, Hindistanda kiçik biznes qurmaq istəyirsinizsə, “Facebook”suz çətin keçinəcəksiniz. Bu sosial şəbəkədə akaunt açıb mallarınızı satmağa cəhd etməsəniz, biznesiniz inkişafdan qalacaq”.
Gələcək peşələrin 70 faizi məlum deyil
Bir tərəfdən internet platformaların monopoliyası, digər tərəfdən isə insanların peşələrini əllərindən alan süni intellekt reallığı. Nə etməli? Övladlarımıza nəyi öyrətməli? Onlara hansı təhsil istiqamətini seçməli və ya hansı peşəni öyrənmələrinə kömək etməliyik? Güman ki, dövrümüz üçün ən aktual suallar bir çox valideynlərin diqqətindən kənarda qalır. Əksəriyyətimizi yalnız bu maraqlandırır: övladımız təhsil almalıdır. Ancaq hansı təhsili almalıdır ki, sürətlə dəyişən dünyamızda işlədə bilsin, bax, bu suala cavab verməyi unuduruq. Özü də tək biz yox, bütün dünyada belədir. Təsəvvür edin ki, Hindistanda hər il 1 milyon gələcəyin kompüter mühəndisi ali məktəblərdən məzun olur. Eynilə digər peşələr. ABŞ-da hər 10 nəfər tibb işçisindən biri həkim, ikisi tibb işçisi, yeddisi isə tibbi texnologiyalara xidmət edən personaldır. Biz isə həkim “istehsal” etməkdə davam edirik. Son illərdə düşünməyə başlamışdıq ki, rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar olaraq IT sferası ilə bu və ya digər formada əlaqəli peşələr aktual olacaq. Odur ki, uşaqlarımızı yönəldək dəqiq elmlərə. Futuroloq G.Leonqard isə əmindir ki, yanlış yoldayıq.
Biz elə bir dünyada yaşayırıq ki, gələcəkdə ən lazımlı olacaq peşələrin 70%-i məlum deyil. Mövcud peşələrin 50%-i isə sıradan çıxmaq üzrədir. Hər şey çox sürətlə dəyişir. Məsələn, 15-20 il bundan qabaq mövcud olmayan sosial şəbəkələr iqtisadiyyatında 21 milyon nəfər çalışır. İnsanlar uşaqlarını dəqiq elmlərə - riyaziyyat, fizika, proqramlaşdırma, mühəndislik işlərinə yönəltmək istəyirlər.
Ancaq heç kim fikirləşmir ki, bütün bunları artıq indi robotlar bizdən yaxşı bilməyə başlayıblar. Cəmi on ildən sonra bütün proqram tərtibatçıları, yaxud onların böyük qismi işsiz qalacaq. Əgər Hindistan hazırda ilə bir milyon kompüter mühəndisi məzun edirsə, təsəvvür edirsiniz dünyada nə qədər işsiz olacaq?” - deyə soruşan Leonqrad hesab edir ki, insanlara “onları insan edən işləri, humanizmi, ünsiyyət bacarığını, anlaşmanı öyrətmək lazımdır. Mən oğluma deyirəm ki, MBA dərəcəsi almaqdansa, dünyanı gəzməklə, səyahətlə vaxtını keçir. Bu, daha xeyirlidir.
Leonqarda görə, robotlar insan peşələrinin rutin əhəmiyyətlilərini öz üzərlərinə götürdükdən sonra bizim ən təsirli “silah”ımız emosional intellektimiz olacaq. Yaxşı direktor işçini görən kimi nəyə yaradığını başa düşür. Süni intellekt isə yüzlərlə testdən keçirsə də, bunu bacara bilmir. Onlarla digər sahələr var ki, robotlar əlimizdən ala bilməyəcəklər. Məsələn, təsəvvür edin ki, məhkəmədə işi robot-hakim aparır. O, qanunları başdan-ayağa əzbərləyib, Cinayət Məcəlləsini tam öyrənib, ancaq həbsxanada yaşamağın nə olduğunu anlamır, hiss etmir. Deməli, robotdan hakim çıxmaz. “Bizim üçün adi olan işləri kompüterlər bu gedişlə təqribən 30-50 ildən sonra edə biləcəklər. Emosiya, gələcəyi görmə, başqasına yazığın gəlmə və bu kimi hisslər. Süni intellekt bir konkret funksiya üzrə köklənib. Kompüterlər riyazi oyunları yaxşı oynayırlar. Ancaq hətta insanı şahmatda udan robot özünə internet vasitəsilə bilet almağa qadir deyil” - deyən Leonqardın sözlərinə görə, insan fəaliyyətinin 50-70%-i rutin işlərdir. Bax, bu işlərdə bizi robotlar əvəzləyib işimizi yüngülləşdirəcəklər. Ancaq bəxti gətirməyənlər də olacaq. Məsələn, çağrı mərkəzlərinin işi rutindir. Robot bu işi üzərinə götürəndə, işçilərin 95%-i bekar qalacaq.
Gerd Leonqard kimdir?
Texnologiyalar haqqında “Wired” jurnalı G.Leonqardı ən nüfuzlu avropalılardan biri hesab edir. İsveçrəli futuroloq “The Futures Agency” CEO-sudur. Rəhbərlik etdiyi şirkət UBS, “Credit Suisse”, “Walmart”, IBM, “Microsoft”, SAP və “Cisco” kimi nəhənglərlə sıx iş birliyindədir. Leonqard “New York Times”, “Guardian”, “Forbes”, “Business Insider” kimi nüfuzlu nəşrlərdə köşə yazıları yazır və ekspert qismində çıxış edir.
G.Leonqard “Texnologiyalar insana qarşı” kitabının müəllifidir. Texnologiyalar dünyanı “istila edir” və təbii ilə süni arasındakı məsafə getdikcə daralır. Ola bilsin ki, bizim cəmi bir neçə ildən sonra istədiyimiz informasiyanı internetdən tapmağımız üçün sadəcə bu barədə düşünməyimiz yetərli olacaq. Əgər belə olacaqsa, texnologiyalar bizi işsız qoyacaqsa, xəstəlikdən və qocalmadan xilas edəcəksə, bəşəriyyəti gələcəkdə nə gözləyir? Leonqard kitabında bu suallara cavab tapmağa çalışır. Futuroloqun ən məşhur kəlamı budur: “Yüz faizlik təhlükəsizlik sıfır səviyyəli azadlıq deməkdir”.

Rüstəm QARAXANLI