Əli Kərimlinin Avropadakı qohumları kef məclisində avro səpdilər - ŞOK GÖRÜNTÜLƏR

Əli Kərimlinin Avropadakı qohumları kef məclisində avro səpdilər - ŞOK GÖRÜNTÜLƏR Bu günə qədər xaricdə siyasi mühacirlər haqqında bir cümlə belə söz yazmamışam. Ancaq bu bu gün gördüyüm kadrlar məcbur elədi məni.
Bunu feysbuk səhifəsində Zaur Əliyev AXCP sədri Əli Kərimlinin Avropadakı qohumları və tərəfdarlarının kef məclisində avro səpməsini göstərən görüntüləri şərh edərkən yazıb.
"İçmisiz, çəkmisizsə bu da yaxşı...mahnı qoyub rəqs edirsiz...bu da lap yaxşı...
Amma bu gün ölkədə aclıq var, səfalət var kimi həbsxanalarda onlarla sizin sözə inanıb aksiyalarda həbs edilən yatan oğullar var, işsiz vəziyyətdə sizə güvənib nəyinsə dəyişəcəyinə inanan insanlar var və bu gün onların ehtiyacları çoxdur deyə statuslar yazırsız.amma bir birinizin başına avroları səpirsiz...budur sizin onlar üçün apardığınız işlər? Bu kadrlar göstərir ki, yalnız özünüzü düşünürsüz....( O yerə səpilən pulları bir ehtiyaclı insana dəstək ilə bilərdiz...
Xaricdə bu gün qul əzabı çəkənlərə kömək edə bilərdiz, lap o pulları tələbə təhsil haqqına verə bilərdiz.... Amma o cürə yekəxanalıq, özündən razılıq lazım deyildi..., Sizin da bizim toylarda pul səpələyən məmurlardan nə fərqiniz oldu?
Belə çıxır ki, sizə imkan yaratsalar xalqın pullarını yeyən məmurlar kimi dövlət pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiz?
İnsanların bədbəxtliyi üzərində qurulan xaricdə o cürə xöşbəxtlik Allahın da xoşuna gəlmir", - o qeyd edib.



Tehsil-press.az

Oxşar xəbərlər