50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq Azərbaycanda 2019-2020-ci tədris ilində 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq.
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu kurslar 5000-dən artıq şagirdi əhatə edəcək.
E.Əmrullayev bildirib ki, hazırda Təhsil İnstitutunun əməkdaşları məzmun və tədris planı üzərində işləyirlər:
"Hazırda STEAM-ın (Science, Technology, Engineering, Art and Mathematics - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) tətbiqi üçün hazırlıq işləri davam edir. STEAM müxtəlif fənlərin inteqrativ təliminə əsaslanır, şagirdləri maraqlı layihələrə cəlb etməklə onların motivasiyasını artırır, şagirdlərdə məsələ həlletmə, qrupda iş və əməkdaşlıq, ünsiyyət, yaradıcılıq, tənqidi təfəkkür kimi bacarıqları inkişaf etdirir. Bunun üçün mart ayında Təhsil Nazirliyinin dəstəyi ilə 50 nəfər müəllim İsrailə 4 həftəlik müvafiq təlimlərə göndərilmişdi".

Tehsil-press.az

Oxşar xəbərlər