Qərbi Kaspi Universitetinin Texnoparkı tərəfindən Bakı və region məktəbliləri üçün ödənişsiz robototexnika təlimləri təşkil edilir.
Texnoparkın mütəxəssisləri və tələbələrdən ibarət qrup region məktəblərinə gedərək orta məktəb şagirdlərinə təlimlər keçirlər. Tədbirlərdə məktəblilərə robotların işləmə mexanizmləri izah edilir, onların yığılması və proqramlaşdırılması praktik olaraq öyrədilir. Artıq Gəncə, Şəmkir, Mingəçevir və Ağsu məktəbliləri üçün belə təlimlər təşkil edilib. Universitet tərəfindən keçirilən “LEGO Sumo” robototexnika olimpiadasında 100-dən artıq məktəbli iştirak edib.
Eyni zamanda, məktəblilər universitetin Texnoparkında tələbələrlə birgə müxtəlif layihələr üzərində işləyir və uğur qazanırlar. Texnoparkın Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən məktəblilərlə universitetin tələbəsi Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi “Vooby” startap layihəsi İstanbulda keçirilən “İcatmakinesi” müsabiqəsinin final mərhələsinə keçib. Layihə Təhsil Nazirliyinin “Elektron təhsil” respublika müsabiqəsində birinci yerə layiq görülüb. Digər bir məktəbli - Günel Hüseynova tərəfindən universitetin mütəxəssislərinin mentorluğu ilə Texnoparkda işlənən “ParkingApp” layihəsi isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən mükafatlandırılıb. Hazırda Texnoparkda bir neçə startap layihə üzərində işlər davam edir.
Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər Texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlar da mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.
Tehsil-press.az