Çin məktəblərinin şagirdləri arasında artıq çəki və uzağı görməmə problemləri ciddi narahatlıq doğurmaqdadır. Çin Xalq Respublikasının Təhsil Nazirliyi ibtidai və orta məktəb şagirdlərinin sağlamlıq vəziyyətinin yaxşılaşması üzrə xüsusi kampaniyaya başlayıb. Bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb.
Kampaniyanın əsas məqsədlərindən biri məktəblilər arasında uzağı görməmənin profilaktikası və ona nəzarətin həyata keçirilməsidir. Bunun üçün sinif otaqlarında işıqlanmanın yaxşılaşdırılması daxil bir sıra müvafiq tədbirlər hazırlanıb.
Həmçinin məktəblilər üçün fiziki tərbiyə üzrə daha çox məşğələlər təşkil ediləcək. Təhsil Nazirliyi sağlam həyat tərzi üzrə bacarıqların əldə edilməsində məktəblilərə kömək göstərmək, eyni zamanda onların dərs yükünün azaldılması üçün də müvafiq tədbirlər görmək niyyətindədir.
Qeyd olunur ki, Çin məktəblərinin ibtidai sinif şagirdləri arasında uzağı görməmə və artıq çəki problemləri daha da aktuallaşır. Belə ki, 2018-ci ildə çinli uşaq və yeniyetmələrin 53,6% -də uzağı görməmə problemi müşahidə olunub.

Oruc MUSTAFAYEV