Məktəblilər arasında şahmat yarışında 156 şagird iştirak edib

Məktəblilər arasında şahmat yarışında 156 şagird iştirak edib Məktəblilər arasında şahmat üzrə yarış keçirilib.
Turnirdə Binəqədi rayonu üzrə 32 ümumi təhsil müəssisəsindən 156 şagird iştirak edib.
Yarışın keçirilməsinin əsas məqsədi məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
Turnirin nəticələrinə əsasən, 276 və 246 nömrəli məktəb-liseylərin şagirdləri müvafiq olaraq birinci, üçüncü, 244 nömrəli tam orta məktəbin şagirdləri ikinci yeri tutublar.
Qaliblər diplom və medalla təltif olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər