2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunmuş tələbələrin qeydiyyatı başlayıb. Sizə təqdim etdiyimiz bu gənclər isə qəbul imtahanı zamanı yüksək bal toplayaraq ADPU-nun müxtəlif fakültələrinə qəbul olunublar. Məmnunluq yaradan bir məqam isə ondan ibarətdir ki, yüksək bal toplayan bu gənclər ixtisas seçimi zamanı ürəklərinin hökmü və böyük həvəslə şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli müəllim peşəsini seçiblər. Onlarla siz də tanış olun:
1. Arzu Xəlil qızı Xəlilli-2002-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. 2008-2019-cu illərdə İsfəndiyar Mirzəyev adına Bulduq kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci tədris ilində 583 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
2. Gülşən Afiq qızı Əsədli-2002-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 550 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
3. Aynurə Firudin qızı Süleymanova-2001-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2017-ci illərdə İmran Bayramov adına Aşağı Quşçu kənd orta məktəbində, 2017-2019-cu illərdə Dondar Quçşu kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci tədris ilində 545 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
4. Mehriban Rafiq qızı Mustafayeva-2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-2019-cu illərdə Yevlax şəhərində Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2019-2020-ci tədris ilində 527 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
5. Sara Qara qızı Göyüşova-2002-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində anadan olub. Əslən Zəngilan rayonundandır. 2008-2017-ci illərdə Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə isə 319 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 520 bal toplayaraq ADPU-nun Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.
6. Əsmətel Namiq qızı Əhmədzadə-2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2019-cu illərdə Xırdalan şəhərində Bəxtiyar Cəfərov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 515 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
7. Sevinc Oktay qızı Kərimzadə-2002-ci ildə Nefçala rayonunun Şorkənd kəndində anadan olub. 2008-2019-cu illərdə Salyan şəhərində Mərdan Muradxanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 514 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi