Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Qazaxıstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin rəhbəri Araz Xudiyev və “Ümummilli lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin sədri Tahirə İsmayılova ilə görüşüb.
Görüşdə İbrahim Quliyev akademiyanın fəaliyyət istiqamətlərindən söz açıb. O, AMEA-nın elmi müəssisə və təşkilatlarında son illər əldə olunmuş mühüm nəticələr, beynəlxalq əməkdaşlıq, eləcə də Qazaxıstanla Azərbaycanın elmi-tədqiqat institutlarının birgə layihələri barədə məlumat verib.
Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, “Ümummilli lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin fəxri sədri Araz Xudiyev konqresin fəaliyyəti barədə məlumat verib, təşkilatın məqsəd və vəzifələrindən danışıb. Onun dünyada rəsmi dövlət qeydiyyatına alınmış bu adda ilk təşkilat olduğunu söyləyib.
Tahirə İsmayılova rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, ictimai birlik iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahələrində fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub.

AMEA-nın Mətbuat Xidməti