Hərbçilərə dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri barədə məlumat verilib

Hərbçilərə dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri barədə məlumat verilib Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan “Tədbirlər Planına” əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissənin zabiti Valeh Mustafayev, Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verilib. Ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğu vurğulanıb, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahələrində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Gənclərin dini radikalizmdən uzaq olmalarının, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin zəruriliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər