Amerika universitetlərinin təcrübəsindən
Dünyanın bir sıra nüfuzlu universitetlərində müxtəlif ixtisaslaşmalar üzrə minlərlə kurslardan əlavə təhsilin uğurlu olması üçün zəruri bacarıqların inkişafına həsr olunmuş onlayn-proqramlar mövcuddur. Çox sayda fikirlər (elmi araşdırmalarla əsaslandırılmış) var ki, yaxşı oxumaq üçün hansı keyfiyyətləri təkmilləşdirmək lazımdır. Aşağıdakı universitetlərin "mətbəxinə" daxil olmaqla siz özünüzə daha yaxın olan yanaşmanı seçə bilərsiniz. O yanaşmanı ki, sizi gələcəkdə uğura apara bilər.
"Tədris fənlərini mənimsəməyə kömək edən effektiv psixoloji alətlər"
San-Dieqo Kaliforniya Universiteti
Çox güman ki, bu, təlim qabiliyyətlərinin inkişafı üçün ən məşhur kursdur. Bu kursların məzunları, bir qayda olaraq, qızğın surətdə bunu öz tanışlarına məsləhət görürlər. Müəllimlər rəsm, musiqi, ədəbiyyat, riyaziyyat, idman və digər fənlərdə ekspertlər tərəfindən istifadə edilən sadə tədris texnikaları haqqında dinləyicilərə bilik verirlər. Bundan başqa, burada dinləyicilərə izah edilir ki, beyinin hansı "təlim rejimləri" var və o, əldə olunan informasiyanı hissələrə necə bölür. Bu kurslarda nəzəriyyə yadda saxlama və tədris üçün vacib olan digər mövzular üzrə praktiki məsləhətlər ilə müşayiət olunur.
"Yenidən canlandırma: təlimə mane olan əngəllərlə mübarizə və daxili potensialın açılması"
Makmastera Universiteti
Kurs Kaliforniya və Makmastera universitetlərinin müəllimlərinin iştirakı ilə aparılır. Kursların bir-birinin ardınca, əlaqəli aparılması tövsiyə olunur. Bununla belə, birinci kurs daha çox təhsilə, ikinci isə karyeraya yönəlib. Lakin hər ikisi təlim bacarıqlarının mənimsənilməsinə hesablanıb.
Kursun proqramı onlayn təlimdən maksimum istifadə etmək bacarığının mənimsənilməsi üçün nəzərdə tutulmuşdur. Kurs gedişində müəllimlər ikincinin nə üçün daha yaxşı olduğunu söyləyirlər. Kursun daha bir böyük mövzusu necə oxumaq, özünü və həyatını yaşdan asılı olmayaraq öz xeyrinə necə dəyişdirmək barədə praktik məsləhətlərdir. Bir sözlə, proqram eyni dərəcədə həm yeniyetmələr, həm də yaşlılar üçün hesablanıb.
"Riyazi düşüncəyə giriş"
Stanford Universiteti
Riyazi düşüncə, bu, heç də hər hansı riyazi məsələnin həlli deyil. Ən azından, o, hazırda məktəblərdə riyaziyyat dərslərində öyrədilənlərə bənzəmir. Məktəb riyaziyyatı daha çox tipik tapşırıqların həlli bacarıqlarının öyrədilməsinə yönəlib. Peşəkar riyaziyyatçılar, digər tərəfdən, müxtəlif elmlərdə, real dünyada və ya bu elmin özündə yaranan qeyri-adi problemlərlə məşğul olurlar. Riyaziyyatın məktəb kursu yalnız standart alqoritmləri öyrədir, halbuki riyazi düşüncə məsələlərin hələ bəlli olmayan həlləri üçün qeyri-standart qərarların axtarışlarına fokuslanıb, bu isə çox qiymətli bacarıqdır. Kurs məhz bu cür düşüncə tipinin inkişaf etdirilməsinə həsr edilib.
"Problemlərin yaradıcı həlli"
Minnesotı Universiteti
Əgər siz və eləcə də kursun müəllimləri hesab edirsiniz ki, kreativlik həyatın istənilən sahəsində əhəmiyyətli bacarıqdır, bu proqram sizin üçündür. Proqramın məqsədi hər hansı mövcud problemi (xüsusilə təhsildə) həll etmək üçün bir çox ziddiyyətli fikirlərlə işləmək bacarığını inkişaf etdirməkdir. Tapşırıqlar burada son dərəcə əhəmiyyətlidir və kurs çərçivəsində onlar xeyli çoxdur. Dinləyicilər öz davranış modellərini axtarmaq və məqsədyönlü şəkildə dəyişmək məcburiyyətində qalacaqlar. Kursun köməyi ilə siz öz məhdudiyyətlərinizi tapmağı və aradan qaldırmağı öyrənirsiniz.
"Akademik dinləmə və icmal yazma"
İrvindəki Kaliforniya Universiteti
Xarici dildə mühazirələrə qulaq asmaq çox yorucu ola bilər, əgər siz artıq ingilis dilli kursları bitirmisinizsə, ehtimal ki, bunu bilirsiniz. Bu kurs məhz ingilis dili ana dili olmayanlar, lakin ingilis mühitində ( fərqi yoxdur, əyani və ya onlayn) təhsil alanlar üçün hesablanıb. Dinləyicilərə materialı anlamağa və onun icmalını maksimum dərəcədə effektiv hazırlamağa kömək edəcək texnikaları öyrədirlər.
"İnformasiya erası üçün tənqidi düşüncə»
Miçiqan Universiteti
Bu gün tənqidi düşüncə yalnız tələbələrə lazım deyil: məlumatların toplanması, təhlili və dərk edilməsi bacarıqları həyatın demək olar ki, hər bir sahəsində tələb olunur. Kurs iştirakçıları statistika, ehtimal nəzəriyyəsi, elmi tədqiqatların metodologiyası, koqnitiv psixologiya, qiymət və nəticələr nəzəriyyəsinin əsas konsepsiyaları ilə tanış olurlar. Bütün bunlar, əlbəttə, real həyatdan gələn nümunələrdir. Kurs daha geniş auditoriya, lakin, ilk növbədə, ali məktəbdə yenicə təhsilə başlayan tələbələr üçün nəzərdə tutulub.
"Uşağın təhsilində ailənin iştirakı"
Harvard Universiteti
Amerikanın ən nüfuzlu ali məktəbinin təqdim etdiyi bu kurs digər bütün kurslardan fərqli olaraq, ilk növbədə, şagirdlərin özləri üçün deyil, onların valideynləri üçün nəzərdə tutulub. Harvard Universitetinin professorları kurs gedişində ailənin uşağın təhsilində iştirakının nə üçün çox əhəmiyyətli olduğunu dinləyicilərə çatdırır, eyni zamanda bu sahədə öz araşdırmalarını paylaşırlar. Alimlər valideynlərin uşaqların inkişaf etməsinə, onlara dəstək verməsinə və öyrənmə prosesində iştirakına necə kömək edə biləcəyini izah edirlər. Kursun xüsusiyyəti ondan ibarətdir ki, alimlər, müəllimlər, tələbələr, məktəblilər və onların ailələri burada öz işləri və təcrübələri haqqında danışırlar.

Oruc MUSTAFAYEV